Satınalma üzrə mütəxəssis

  • Joel Jewelry
  • Elanın qoyulma tarixi: 17.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Təhsil: Ali təhsil – ixtisas fərqi yoxdur
  • Dil bilikləri: Azərbaycan dili – sərbəst, Rus dili – sərbəst
  • Kompüter bilikləri: MS Word – yaxşı, MS Excel yaxşı.

Vəzifə öhdəlikləri:

  • Satınalma tələblərinin tərtib edilməsi;
  • Satınalma tələblərinə uyğun bazar araşdırılmasının aparılması, təchizatçıların tapılması, qiymət sorğularının göndərilməsi və qiymət müqayisə cədvəlinin tərtib edilməsi;
  • Təchizatçı dəyərləndirilməsinin aparılması və təsdiqli tədarükçü siyahısının (AVL) mütəmadi yenilənməsi;
  • Satınalma departamentinin daxili sənədləşmə işlərinin aparılması;
  • Satınalma rəhbərinin və ya rəhbər vəzifəsini icra edən səlahiyətli nümayəndənin satınalma işi ilə əlaqədar digər tapşırıqlarını icra etməli. 

İş şəraiti:

  • İş yeri: Həsən Məcidov 3, Bakı şəhəri
  • İş günləri: Bazar ertəsi-cümə günü (şənbə - bazar günləri istirahət) 
  • İş saatları: 10:00 - 19:00 
  • Əmək haqqı: Namizədin müsahibədə müəyyən edilmiş bilik və bacarıqlarından asılı olaraq müəyyən olacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində vəzifə adını qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.