İşin təsviri
                
                
                                
                Vəzifə barədə məlumat:
	- Layihələr sifarişçinin istəyinə əsasən müxtəlif obyektlərdə, müxtəlif kateqoriyalı otaq və giriş qapıları, qapı dəstəklərinin quraşdırılmasından ibarət olacaq.
 
	- Qapı quraşdırılması üzrə hazırlanmış layihə sənədlərini oxumaq, materialları analiz etmək və layihələrə tətbiq üçün uyğunluğu müəyyən etmək.
 
	- Hazır layihələr əsasında qapı yerləri, qapı sayı və onların ölçüləri haqqında excel cədvəl tərtib etmək
 
	- AutoCad proqramında çertyojlar üzərində iş aparmaq, detallarda dəyişiklik və ya əlavələr etmək
 
	- Layihələrdə təqdim edilən qapı növlərini müəyyən edib onların say və ölçülərini fabrikə sifariş vermək.
 
	- Sifarişçi tərəfindən təqdim olunmuş layihələri, təsdiq olunmuş qaydalara uyğun olaraq texniki dəqiqliyə görə yoxlayıb, spesifikasiyalara və müqavilə razılaşmalarına riayət olunmasını təmin etmək;
 
	- Razılaşdırılmış dəyişikliklər də daxil olmaqla nəticələri qeyd etmək və hesabat vermək;
 
	- Layihələrlə bağlı işlərin gedişini izləmək və vəzifə öhdəlikləri daxilində layihənin gedişi ilə bağlı müştəri və ya maraqlı tərəfə bərabər səviyyədə məlumat vermək.
 
	- İnformasiya texnologiyalarına əsaslanan sənədləşmə, simulyasiya, məlumat bazası və s. aid qaydalara əməl etmək;
 
	- Layihə ilə bağlı gündəlik hesabatları rəhbərliyə təqdim etmək.
 
	- Bir-birinə bağlı olan layihələr arasında fəaliyyətin optimallaşdırılması, risklərin və məsələlərin müəyyənləşdirilməsi, təsirlərin azaldılması üçün həllər hazırlamaq;
 
	- Layihələrin gedişatı və inkişaf prosesinin daimi izlənilməsi və tamamlanmasını təmin etmək üçün işçi qrupları ilə yaxından əməkdaşlıq göstərilmək;
 
	- Layihə prosesləri zamanı yaranmış problemlərin və risklərin müəyyənləşdirilməsi və həllinə yönəlik planlarının hazırlanması;
 
	- Layihə büdcələrinin tərtib edilməsi və aylıq fərq hesabatlarının hazırlanması;
 
	- Əmək funksiyasını texniki standartlar və milli qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirmək;
 
Vəzifə üzrə tələblər:
	- Ali təhsil (Memarlıq və İnşaat sahəsində üstünlükdür)
 
	- Layihə idarəetmə sahəsində ən azı 3-5 il iş təcrübəsi (Memarlıq, mühəndislik sahəsində iş təcrübəsi üstünlükdür);
 
	- Çertyojları oxumaq və başa düşmək bacarığı
 
	- Yüksək səviyyədə Azərbaycan və və rus dili biliyi, ingilis dili üstünlükdür;
 
	- Auto Cad, Excel və Word proqramlarında sərbəst işləmək bacarığı;
 
	- Effektiv şifahi və yazılı kommunikasiya bacarığı;
 
	- Gərgin iş rejimində işləmək bacarığı;
 
	- Qapı növləri, materialları və quraşdırılması sahəsində təcrübə üstünlükdür.
 
	- İşin xarakteristikasına uyğun olaraq, xanım namizədlərə üstünlük veriləcək.
 
İş şəraiti:
	- İş qrafiki: Həftənin 5 günü, 10:00-dan 19:00-dək.
 
	- Şənbə və bazar qeyri iş günləridir.
 
	- Nahar şirkət tərəfindən təmin olunur.
 
	- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
 
	- • Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarığa uyğun olaraq razılaşdırlacaq.
 
	- İşin xarakterinə əsasən xanım namizədlərə üstünlük veriləcək.
 
Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi göndərə bilərsiniz.
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.