Risklərin və keyfiyyətin idarə edilməsi departamentinin Keyfiyyət təminatı şöbəsinin mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətdaxili sənədlərin - funksional prosedur, proses, təlimatların və digər oxşar sənədlərin yaradılması, işləkliyinin təmin edilməsi və müvafiq dəyişkliklərin olunmasında iştirak;
  • Keyfiyyət idarəetmə Sistemlərinin tələblərinin icra edilməsi istiqamətində fəaliyyətlərdə iştirak;
  • Düzəldici fəaliyyətlərin aşkarlanması, fəaliyyət planlarının tərtibatı və onların icrasına nəzarət edilməsində iştirak etmək;
  • Keyfiyyət idarəetmə sistemləri tələblərinə uyğun (İSO 9001) daxili auditlərin keçirilməsində iştirak etmək, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində tənzimləyici tədbirlərin icrasına nəzarət edilməsi;
  • Vəzifə öhdəlikləri ilə əlaqədar aylıq, rüblük və illik hesabatları hazırlamaqla aidiyyatı şəxslərə təqdim edilməsi;
  • Cəmiyyət üzrə Beynəlxalq Keyfiyyəti İdarəetmə Sistemi standartlarının tətbiqinin həyata keçirilməsində fəal iştirak olunması. 

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat);
  • Keyfiyyət sahəsində minimum 3 (üç) il iş təcrübəsi; 
  • Biznes proseslərinin idarəedilməsi üzrə təcrübəyə malik olmalı;
  • Azərbaycan dilini sərbəst bilməli (ingilis və rus dillərini bilməsi arzu olunandır); 
  • MS Office, Outlook və dioqram proqramları (MS visio, Draw.io) üzrə sərbəst işləmə bacarığına malik olmalı;
  • Mövcud avtomatlaşdıırılmış informasiya sistemlərində işləmək bacarığı.
  • İşgüzar yazışma qaydalarının əsaslarını bilməli;
  • Peşəkar ünsiyyət psixologiyasını bilməli.

Müraciət etmə qaydaları:

Vakansiya tələblərinə uyğun namizədlər 23.08.2023-cü il tarixinə qədər müvafiq olaraq aşağıda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.