Korporativ Tərəfdaşlarla Münasibətlər üzrə Şöbə Rəhbəri

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 16.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Bankın ümumi brendinqinə, ictimai imicinə və nüfuzuna nəzarət etmək və strateji məqsədlərlə uyğunluğunu təmin etmək
  • Bankın Korporativ Tərəfdaşların İdarəetmə, Korporativ Davamlılıq, Təbliğat-təşviqat strategiyaları və xeyriyyə təşəbbüslərini, proqram və layihələrini planlaşdırmaq, hazırlamaq və idarə etmək 
  • Şirkətin missiyasını və dəyərlərini ifadə etmək üçün məhsul və nüfuzla bağlı təşəbbüsləri planlaşdırmaq, hazırlamaq və davam etdirmək, bankın biznes tələbatlarına uyğun yerli və beynəlxalq tədbirləri təşkil etmək və idarə etmək.
  • Bankın məhsul və xidmətlərinin gücləndirilməsi və gələcəkdə mənfəət artımı məqsədinə yönəlmiş konfranslar, seminarlar, yarmarkalar, təlimlər və digər biznes təşəbbüslərinin təşviqi
  • Biznesin inkişafı və davamlılıq layihələrinin həyata keçirilməsi üçün dövlət, yerli və beynəlxalq qeyri-kommersiya, habelə icma əsaslı təşkilatlarla əlaqələrin qurulması  
  • İqtisadi, biznes və sosial proqramların həyata keçirilməsini təmin etmək üçün bankla müxtəlif nazirliklər, maliyyə qurumları arasındakı əlaqələrin inkişafı və qorunması
  • Bankın ölkənin gələcəyinə və cəmiyyətin rifahına töhfəsini təşviq etmək məqsədilə dəyirmi masalar, seminarlar və digər fəaliyyətləri təşkil etmək üçün səfirliklər, ticarət palataları, ticarət və iqtisadi assosiasiyalarla əlaqələrin və birgə təşəbbüslərin planlaşdırılması, hazırlanması və davam etdirilməsi.
  • Bankın mediada qazanılmış əhatə dairəsinin genişləndirilməsi üçün ölkənin aparıcı media qurumlarının jurnalistləri ilə sıx əlaqələrin yaradılması və qorunub saxlanılması.
  • Təmsil olunan qurumun imicini müsbət şəkildə təqdim etmək məqsədilə pres-relizlərin kontent hissəsi, pres-kitlər, informasiya bülletenləri və istifadə edilən əlavə pres-materialları hazırlamaq;
  • Bankın vebsaytını idarə etmək və onun tənzimlənməsini təmin etmək
  • Mətbuat konfransları təşkil edilməsi və onların ölkənin əsas kütləvi informasiya vasitələrində geniş əhatəyə malik olmasının təmin edilməsi  

Sizdən nə tələb olunur?

  • Təhsil: Kommunikasiya, Biznesin İdarə Edilməsi, Marketinq, İqtisadiyyat və ya əlaqədar sahədə bakalavr təhsili
  • Tələb olunan iş təcrübəsi: min. 3 il 
  • Xarici dillər: Azərbaycan dili (sərbəst), ingilis dili (sərbəst), rus dili bilənlərə üstünlük verilir
  • Kompüter bilikləri: MS Office proqramları, məlumat bazasının idarə edilməsi vasitələri, Prezi, İnternetlə bağlı proqramlar, Onlayn sorğu vasitələri
  • Başqa tələblər: Güclü ünsiyyət və danışıq bacarığı, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı. Güclü idarəçilik və komanda işi bacarığı

İşəgötürənin reytinqi