Aqronomiya sahəsi üzrə Təcrübə Proqramı

  • Agrico
  • Elanın qoyulma tarixi: 14.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Türkiyənin tanınmış Ondokuz Mayıs Üniversitesi (OMÜ)-dən dəvət olunmuş yüksək bilik və bacarıqlara, zəngin təcrübəyə malik təlimçilər tərəfindən aqronomiya sahəsi üzrə teoritik və praktiki dərslərin bir parçası olmaq istəyirsinizsə, onda “AGRİCO” MMC tərəfindən təşkil olunacaq, sayca 3-cü Təcrübə Proqramına qatılmağa tələsin!

Kimya, biologiya, biotexnologiya və ekologiya üzrə təhsilini yeni başa vurmuş və bu sahə üzrə təcrübə qazanmaq istəyən gənclərimiz üçün Təcrübə Proqramına start veririk!

“AGRICO” MMC – Azərbaycanda 2016-cı ildən kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən və sürətlə inkişaf edən şirkətdir. Hal-hazırda şirkət mineral gübrələrin, toxumların, bitki qoruma vasitələrinin (pestisidlərin), torpaq test avadanlıqlarının və torpaq analizlərinin ən böyük distribütorlarından biridir. Bütün sahələrdə olduğu kimi, bizim üçün də güclü mütəxəssislərin rolu əvəzsizdir. Cəmiyyətimizə faydalı olmaq üçün, komandamızda yerli və xarici Aqronomlar çiyin-çiyinə çalışır və onların bilik və bacarıqlarını, təcrübələrini yeni nəsilə ötürməyi qarşımıza məqsəd qoymuşuq.

3 ay müddətində, ödənişli təcrübə proqramı çərçivəsində, sahənin peşakarları ilə birgə çalışmaq, onların zəngin təcrübələrini öyrənməkdən daha yaxşı nə ola bilər?

Artıq, sayca 3-cü proqramımız ərzində nə əldə edəcəksiniz:

  • Yerli və xarici mütəxəssilərdən öyrənmək imkanı;
  • Aqronomiya sahəsi üzrə əvəzolunmaz praktiki biliklər və təcrübə;
  • Təhsil aldığınız dövrdə əldə etdiyiniz bilikləri tətbiq etmə imkanı;
  • Mövcud və yeni texnologiyaların tətbiqi ilə yaxından tanış olmaq.

Təcrübə Proqramımız müddətində fərqlənmiş iştirakçılara komandamızın daimi üzvü olmaq təklif olunacaq.

İndi isə, istərdim sizinlə, proqramımıza qatılmaq üçün namizədlərə olan gözləntilərimizi bölüşüm:

  • Təhsil: Ali təhsil (kimya, biologiya, biotexnologiya və ya ekologiya üzrə);
  • Dil bilikləri: İngilis dili (intermediate və üzəri) və Türk dili.

Bu fürsətdən faydalanmaq istəyən gənclərimizdən elektron ünvanına mövzu hissəsinə “Təcrübə Proqramı” yazaraq öz CV-lərini göndərmələrini xahiş edirik.