Marketinq mütəxəssisi

  • Company
  • Elanın qoyulma tarixi: 10.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 Əsas vəzifə öhdəlikləri:

  • Müəssisənin marketinq ehtiyaclarını müəyyənləşdirmək;
  • Marketinq planını hazırlamaq və həyata keçirmək;
  • Marketinq planı üzrə icra edilən işlər haqqında hesabatlar hazırlamaq;
  • Marketinq büdcəsinin planlaşdırılması; 
  • Bazarda rəqiblərin hərəkətini və bazar vəziyyətini izləmək;
  • Məhsul ilə əlaqədar müəssisənin marketinq strategiyasının müəyyənləşdirilməsi üçün təkliflər vermək;
  • Bazarın monitorinqi və təhlili, rəqabət mühitinin öyrənilməsi;
  • Rəqib analizi, meyarların araşdırılması və inkişaf üçün təkliflər verilməsi;
  • Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi;
  • Marketinq komandasının üzvlərini əlaqələndirmək;
  • Reklam materiallarını, satış təşviq materiallarını hazırlamaq;
  • Müəssisənin istehsal etdiyi məhsullarının reklamını təşkil etməli;
  • Müəssisə üzrə  PR, reklam, layihələr və tədbirlərin hazırlanmasında iştirak etmək;
  • Sosial media üçün həftəlik və aylıq post planının hazırlanması;
  • Müəssisənin istehsal etdiyi məhsullar üzrə sosial media fəaliyyətlərini koordinasiya etmək;
  • Sosial media hesablarına nəzarət olunması, müraciətlərin yönləndirilməsinin təmin edilməsi;
  • Müəssisənin  yerli və xarici sərgilərdə iştirakının təşkili;
  • Marketinq tendensiyalarından və ən yaxşı təcrübələrdən xəbərdar olmaq.

Vəzifə üzrə tələblər:

  • İş təcrübəsi: Müvafiq sahə üzrə 1+ il iş stajı;
  • Təhsil: Ali;
  • Dil bilikləri: Azərbaycan dilində mükəmməl yazı və danışıq qabiliyyəti, ingilis və rus dili yüksək;
  • Kompüter biliyi: MS Office (Word, Excel, PowerPoint, Outlook) proqramlarını orta səviyyədə bilmək;
  • Dəyərlər və etika;
  • Təqdimat bacarığı;
  • Analiz etmə  bacarığı;
  • Məsuliyyət, dəqiqlik, hesabatlılıq;
  • Vizyon və məqsədin idarə edilməsi;
  • İş vaxtından səmərəli istifadə edilməsi; 
  • Münaqişələrin (konflikt) idarə edilməsi;
  • Problemlərin həll edilməsi.

İş şərtləri:

  • İş vaxtı: 08:00 - 17:00
  • İş günü: 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Sabit əmək haqqından əlavə, işin nəticəsindən asılı olaraq əlavə maddi və qeyri-maddi mükafatlar.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Marketinq mütəxəssisi” göstərilməsi xahiş edilir.

Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.