Planlama mühəndisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planını hazırlamaq; 
  • Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramını hazırlamaq və MS Project proqramına daxil etmək və yenilənməsini həyata keçirmək;
  • Ümumi layihələr üzrə alınan hesabatların histoqramını hazırlamaq;
  • Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizini aparmaq;
  • Gecikmələrin səbəblərini müəyyən etmək və bu səbəblərin aradan qaldırılması üçün təkliflər hazırlamaq;
  • Gecikən işlərin yenidən planlanmasını aparmaq;
  • Müddət və kənaraçıxmaların analizini aparmaq; 
  • Səmərəlilik üzrə qiymətləndirmə, proqnozlaşdırma, işlərin planlaşdırılmış vaxt və büdcə ərzində reallaşması ehtimalını qiymətləndirmək;
  • Subpodratçıların apardığı işlərin plan qeydiyyatını və plan üzrə işlərin görülməsinə nəzarət etmək.

Namizədə dair tələblər:

  • Sahə üzrə 3 il iş təcrübəsi;
  • Texniki sahə üzrə ali təhsil;
  • MS Office (Excel) bilikləri.

Əmək şəraiti:

  • İş yeri: Bakı şəhəri və Qarabağ ərazisi
  • İş rejimi: 5 gün/ 09:00 – 18:00
  • Əmək haqqı: 1138-1718 manat net (namizədin səriştəsinə uyğun olaraq təyin olunacaq) və ildə 3 dəfə əmək haqqının 100% miqdarında mükafat.

Tələblərə cavab verən şəxslər CV-lərini mövzu hissəsində “Planlama mühəndisi” qeyd etməklə, göndərə bilərlər.

Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən şəxslərlə əlaqə saxlanılacaqdır.

“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs tərəfindən digər vakansiyalar