Smeta mühəndisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Layihə sənədlərinə uyğun tikinti və quraşdırma işləri üzrə layihə smeta sənədlərinin tərtibatını yoxlamaq, zərurət yarandıqda smeta sənədlərinin tərtibatını icra etmək (Dəmir beton, daxili tamamlama, fasad, landşaft və s.);
  • İş həcmlərinin smeta ilə uyğunluğunun təhlilini yerinə yetirmək;
  • Layihə/təsnifatı və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
  • Layhə təsnifatına əsasən iş həcmlərini çıxarmaq;
  • Tender/sorğu öncəsi təsdiqlənmiş smeta sənədlərinə əsasən ehtimal dəyərlərin hazırlanmasını yerinə yetirmək;
  • Tender paketinə daxil olan qiymət cədvəllərini hazırlamaq;
  • Əsas tikinti-quraşdırma və təmir-bərpa işləri üzrə qiymət təkliflərini ehtimal dəyərlə müqayisə və təhlil etmək;
  • Layihənin tələblərinə uyğun olaraq ilkin, aralıq və yekun ödəniş sənədlərini yoxlamaq (Forma 2,  Forma 3, Xərc analizi) və s.

Namizədə dair tələblər:

  • İnşaat sektorunda istifadə olunan materialların, məmulatların, konstruksiyaların, avadanlıqların xüsusiyyətlərini və təyinatlarını bilmək;
  • Sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarına bələd olmaq;
  • Müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq işlər üzrə kalkulyasiyaların, hesabatların tərtib olunması və yoxlanılması qaydalarını bilmək;
  • Sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • Tikinti norma və qaydalarına dair biliklər;
  • Layihə və tikinti-iqtisadi hesablamaların aparılması bilikləri.

Əmək şəraiti:

  • İş yeri: Bakı şəhəri və Qarabağ ərazisi
  • İş rejimi: 5 gün/ 09:00 – 18:00
  • Əmək haqqı: 1638-1710 AZN manat net (namizədin səriştəsinə uyğun olaraq təyin olunacaq) və ildə 3 dəfə əmək haqqının 100% miqdarında mükafat.

Tələblərə cavab verən şəxslər CV-lərini mövzu hissəsində “Smeta mühəndisi” qeyd etməklə, göndərə bilərlər.

Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən şəxslərlə əlaqə saxlanılacaqdır.

“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs tərəfindən digər vakansiyalar