Konstruktor

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İş həcminə nəzarət etmək, dəyişiklik edilmiş sənədlərin hazırlanmasına yardım etmək və daxili təsirləri təhlil etmək;
  • Layihənin təhlilinə və hesabatların hazırlanmasına köməklik etmək, layihə ilə əlaqədar bütün suallara aydınlıq gətirmək;
  • İşlərin, hazırlanacaq konstruksiyaların texniki tapşırıqlara, standartlara, texniki təhlükəsizlik normalarına, iqtisadi texnologiyanın tələblərinə cavab verməsini, eləcə də onların standartlaşmış vahid şəklə salınmış hissə və yığım vahidlərindən istifadəsini təmin etmək;
  • Layihə olunacaq məhsulun texniki göstəricilərinin səviyyəsini təmin etmək; 
  • Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib etmək;
  • İşçi layihələrini yoxlamaq və çertyojların, işin ixtisas və ya profil üzrə nəzarətini keçirmək, mürəkkəb hissələrin naturadan eskizini çıxarmaq; 
  • Başqa müəssisə və təşkilatlardan gələn konstruktor sənədlərinin onlardan gələcəkdə layihələşdirmə və konstruksiya işində istifadə etmək məqsədi ilə öyrənmək və təhlil etmək; 
  • İşlənib hazırlanmış layihələri müəssisə, idarə və təşkilatların başqa bölmələri və nəzarət orqanları nümayəndələri ilə razılaşdırmaq, işlənib hazırlanmış konstruksiyanı iqtisadi cəhətdən əsaslandırmaq;
  • Layihəçi təşkilatçılar tərəfindən göndərilən layihələrin СНиП, ГОСТ, AzDTN normalarına uyğunluğunu yoxlamaq.

Namizədə dair tələblər:

  • Layihələndirmə (yaxud əlaqədar sahədə) üzrə təhsil, yalnız inşaatçı mühəndis;
  • Ümumi mühəndis hazırlığı;
  • Nəzarətçi vəzifəsini yerinə yetirmək sahəsində bacarıq;
  • AutoCad, Lira Sapr, Lira 9.6, Archi Cad ilə işləmə bacarığı;
  • Layihələşdirmə sistemlərini və metodlarını bilmək; 
  • Cizgilərin və başqa konstruksiya sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üçün lazım olan standartları və təlimatları bilmək; 
  • Sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • Tikinti norma və qaydalarına dair biliklər;
  • Layihə və tikinti-iqtisadi hesablamaların aparılması üzrə biliklər;

Əmək şəraiti:

  • İş yeri: Bakı şəhəri və Qarabağ ərazisi
  • İş rejimi: 5 gün/ 09:00 – 18:00
  • Əmək haqqı: 1718 manat (net) və ildə 3 dəfə əmək haqqının 100% miqdarında mükafat.

Tələblərə cavab verən şəxslər CV-lərini mövzu hissəsində “Konstruktor” qeyd etməklə, göndərə bilərlər. 

Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən şəxslərlə əlaqə saxlanılacaqdır.

“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs tərəfindən digər vakansiyalar