İctimaiyyətlə Əlaqələr şöbəsinin böyük məsləhətçisi

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • SMM strategiyasını hazırlamaq – hədəf auditoriyanın müəyyən edilməsi və onun maraqlarını öyrəmək;
  • Sosial şəbəkələrdə hesablar yaratmaq və idarə etmək;
  • Aidiyyəti üzrə rəsmi çıxışları, sosial hesablardakı paylaşımları, sərəncam və əmrləri daim izləmək və paylaşmaq;
  • Bayram və anım günlərində, əlamətdar hadisələr barədə xüsusi postların operativ şəkildə hazırlayıb yayımlanmasını təmin etmək;
  • Mütəmadi olaraq KİV və sosial şəbəkələrin monitorinqini həyata keçirmək və təhlilini aparmaq;
  • Kontent və sosial media hesabları, sayt üçün postları dizayn etmək (foto, video, mətn); 
  • Paylaşımları vaxtında və qüsursuz şəkildə yayımlamaq;
  • Azərbaycan dilinin orfoqrafik və qrammatik qaydalarına əməl edərək mətnləri yazmaq;
  • Xidmətin fəaliyyətinə dair tədbirlərin formalaşdırılması və idarə edilməsində iştirak etmək.

Namizədə Dair Tələblər:

  • Ali təhsil (marketinq, iqtisadiyyat)
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • Komandada işləmək və təşkilatçılıq bacarığı;
  • Peşəkar səviyyədə təqdimat və ünsiyyət bacarığı;
  • Azərbaycan dili və qrammatikasını mükəmməl səviyyədə bilməsi;
  • Sosial media planlama və idarəetmə təcrübəsi, sosial aktivliyin olması;
  • Gündəmi izləmək, analiz etmək və araşdırma aparmaq qabiliyyəti;
  • Dizayn proqramları üzrə iş.

Əmək şəraiti:

  • İş yeri: Bakı və Qarabağ ərazisi
  • İş rejimi: 5 gün/ 09:00 – 18:00
  • Əmək haqqı: 1418 AZN (net) və ildə 3 dəfədən az olmayaraq əmək haqqı miqdarında mükafat.

Tələblərə cavab verən şəxslər CV-lərini mövzu hissəsində “İctimaiyyətlə Əlaqələr şöbəsinin böyük məsləhətçisi” qeyd etməklə, göndərə bilərlər.

Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən şəxslərlə əlaqə saxlanılacaqdır.

“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs tərəfindən digər vakansiyalar