İşin təsviri
Vəzifə öhdəlikləri:
- Müştəri rəylərinin analiz edilməsi, qiymətləndirilməsi və həlli üçün lazımi tədbirlərin hazırlanması və tətbiq edilməsi;
- Məmnuniyyət hədəflərinə nail olmaq üçün müştəri xidmətləri üzrə fəaliyyət planlarının hazırlanması;
- Müştəri məmnuniyyətinin tədqiq edilməsi və ölçülməsi mexanizmlərinin təkmilləşdirilməsi;
- Müştəri xidmətləri komandasının ümumi fəaliyyətinin yönləndirilməsi, idarə edilməsi və nəzarət edilməsi;
- Müştəri xidmətləri şöbəsi ilə şirkətin digər bölmələri arasında sıx əlaqələrin saxlanılmasına nəzarət edilməsi;
- Razılaşdırılmış meyarlara uyğun olaraq hədəflərin yerinə yetirilməsini təmin etmək üçün bütün komanda üzvlərinin performansı, inkişafı və ümumi fəaliyyətinin qiymətləndirilməsi və idarə edilməsi;
- Müştəri xidmətləri ilə bağlı biznes məqsədləri və vəzifələrinə çatan mədəniyyət və proseslərin yaradılması və təkmilləşdirilməsi.
Tələblər:
- Ali təhsil;
- Səlis azərbaycan və rus dili biliyi;
- Müvafiq sahədə rəhbər olaraq minimum 3 illik iş təcrübəsi;
- Detallara və nəticəyə yönümlülük;
- Güclü analitik və problem həll etmə bacarığı;
- Məsuliyyətlilik, analitik və sisitematik düşüncə tərzi;
- Mükəmməl səviyyədə liderlik, ünsiyyət və layihə idarəetmə bacarıqları.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.