İşin təsviri
İşin təsviri:
- Ödənişlərə və digər maliyyə əməliyyatlarına aid sənədlərin və qeydlərin düzgün tərtib edilməsinin və aparılmasının yoxlanılması.
- Müəyyən dövr üçün maliyyə sənədlərinin və hesabatların hazırlanması.
- Mühasibatlıq şöbəsində sənədləşmə və mühasibat işlərində köməklik etmək.
- İlkin mühasibat sənədləri ilə işləmək.
- Rəhbərlik tərəfindən verilmiş tapşırıqların və təhlillərin düzgün icra edilməsi.
Namizədə olan tələblər:
- Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat ixtisasları üzrə bakalavr və ya magistr məzunu;
- İngilis dilində yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq üstünlükdür;
- Microsoft office proqramlarını yaxşı səviyyədə bilmək,
- Komandada işləmək bacarığı, gülərüzlü olmaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Maliyyə üzrə köməkçi” qeyd edərək CV-lərini 01.09.2023-cü il tarixədək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.