İşin təsviri
Vəzifəyə dair tələblər:
- Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə təyin edilən tapşırıqların icrası;
- Marketinq komandasının hədəflərinin yerinə yetirilməsi;
- Bazar mövqelənməsinin təyin olunması istiqamətində işlərin təşkil edilməsi;
- Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması;
- Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmalarının aparılması, bazar dinamikasını, rəqibləri və rəqib məhsullarının təqib edilməsi;
- Şirkətin marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılmasında iştirak etmək;
- Yeni bazar seqmentinə çatmaq və bazar payının genişlənməsinin təminatı
- Marka mesajının doğru kommunikasiya kanalları vasitəsi ilə hədəf kütləyə çatdırılması istiqamətində işlər
- PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsi
- Partnyorlarla daim ünsiyyətdə olması və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstəyin əldə edilməsi;
- Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
- Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi, analitik təhlillərin aparılması istiqamətdə verilən tapşırıqların icrası
- Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi
Namizədə olan tələblər:
- Marketinq və ya iqtisadiyyat sahəsində ali təhsilin bakalavr və ya maqistr təhsilinin olması;
- Marketinq sahəsində azı 1 il iş təcrübəsi
- Marketinq və bazar araşdırmaları haqqında dərin biliyə malik olması;
- Marketinq fəaliyyətində effektiv nailiyyətlərə malik olması;
- Rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurma bacarığının olması;
- Tikinti sektorunda marketinq mütəxəssis vəzifəsi üzrə təcrübəyə malik olanlara üstünlük veriləcəkdir.
Digər qeydlər:
- İş günləri : həftədə 5 gün.
- Əməkhaqqı: namizədin bilik və bacarıqlarına əsasən təyin olunur.
- Kişi namizədlərə üstünlük verilir.
CV-lərinizi email ünvanına "marketinq mütəxəssis" başlığı ilə göndərməyiniz və ya qeyd olunan linkin böməsində müvafiq vakansiyaya müraciət etməniz xahiş olunur.