Xəzinədar

İşin təsviri

İş saatları: Həftəlik 40 saat, 1 saat nahar fasiləsi

Əsas öhdəliklər:

  • Əvvəlki gündə nağd qaydada daxil olan nəğd ödəniş konvertlərin gəlirlər üzrə mühasibin şahidliyi ilə açılması və bu ödənişlərin faktiki sistem daxilolmalarla üzləşdirilməsi.
  • Nəğd əməliyyatların kassa aparatına vurulmasın yoxlanması
  • Gündəlik kassa əməliyyatların aparılması, hesabatların hazırlanıb imzalanması və rəhbərliyə imzaya təqdim olunması.
  • Gündəlik bank əməliyyatlarının mühasibat proqramına işlənməsi.
  • Gündəlik satınalma üzrə təhtəl hesabların bağlanması.
  • Gündəlik xəzinə nəğd pul qalığının hazırlanmış hesabatlarda qalığa uyğunluğunda məsul olmaq.
  • Bankın və xəzinənin  əməliyyatları və qalıqları ilə bağlı hesabatların hazırlanıb rəhbərliyə gündəlik təqdim olunması
  • Nəğd pulların şirkətin bank hesabına yatırılması.
  • Outletlərdə flot məbləğlərin nəzarətdə saxlanması və mütəmadi yoxlanması
  • Maliyyə nəzarətçisinin gündəlik xəzinə və bank əməliyyatlarında baş verən uyğunsuzluqlar barəsində vaxtında məlumatlandırılması.
  • Oteldə keçirilən tədbirlərdə müştərilərlə nəğd hesablaşma sisteminin işlənməsi.
  • Otel üzrə kassa aparatların mütəmadi texniki baxışdan keçirilməsinə əmin olmaq.
  • Bank ödəniş tapşırıqların hazırlanması və banka təqdim edilməsi
  • Gündəlik kassa məxariclərin maliyyə nəzarətçisi və ya baş mühasibin təsdiqi ilə icrası.
  • İşçilərin əmək haqqı hesabların vaxtinda açılması və kartların hazırlanıb işçilərə müvafiq qaydada təqdim olunması
  • Bank əməliyyatları ilə bağlı yaranan problemlərin həll olunması
  • Malsatanlara ödənilmiş məbləğin təsdiqedici sənədlərinin ardıcıllıqla xüsusi qovluğa tikilməsi
  • Malsatanlara ödənilmiş məbləğlərin ƏDV hissəsi ilə əsas hissəsinin eyni gündə həyata keçirilməsinə nəzarət olunması
  • Xəzinə  və bank sənədlərinin arxivləşməsi.
  • Beynəlxalq Audit yoxlaması zamanı sənədləri və elektron informasiyanı auditorlara təqdim etmək
  • Vəzifə Öhdəliklərinə uyğun rəhbərlik tərəfindən tapşırılmış işlərin icra olunması.

Bilik və bacarıqlar:

  • Maliyyə sahəsində təcrübə arzuolunandır
  • Maliyyə üzrə təhsil
  • Hər zaman səmimi, nəzakətli və peşəkar xidmətlər göstərmək
  • İş yoldaşları və bütün digər şöbələr ilə normal iş münasibətlərini qoruyub saxlamaq
  • Tələb olunduqda, yerli qanunvericiliyə riayət etmək
  • Otelin ehtiyaclarına əsasən, tələb olunduqda, şöbədə baş verən hər hansı proseslərə uyğun reaksiya vermək

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər, “ Xəzinədar adını mövzu hissəsində qeyd etməklə,  CV formalarını 1 Sentyabr 2023 tarixinədək ünvanımıza yönləndirə bilərlər.