İşin təsviri
Namizədə olan tələblər:
- Ali təhsil (Menecment ixtisası üzrə olması üstünlükdür);
- Müvafiq sahə üzrə 3 ildən çox iş təcrübəsi olmalı;
- İş üçün müvafiq kompüter proqramlarını bilməli (Word, Excel, Powerpoint);
- Dil bilikləri: Azərbaycan və Rus dilləri (yazılı və şifahi sərbəst ünsiyyət), İngilis dili (üstünlükdür);
- Sahə üzrə sertifikatların olması üstünlükdür;
- Kollektivdə işləmə bacarığı və stressə davamlı olmalı.
Vəzifə öhdəlikləri:
- Yeni müştərilərin təmir xidmətləri üçün cəlb edilməsi;
- MXB əməkdaşlarının fəaliyyətinin nəticələrinin davamlı ölçülməsi və korreksiyaların edilməsi;
- MXB əməkdaşlarının təlim ehtiyaclarının müəyyən olunması və təmin edilməsi;
- CRM üzrə iş prosesinə nəzarətin edilməsi;
- MXB-nin digər struktur bölmələrlə qarşılıqlı səmərəli kommunikasiyasının təşkil edilməsi;
- MXB üçün skriptlərin və təlimatların hazırlanması;
- MXB-yə daxil olan şikayətlərin idarə olunması və aidiyyəti üzrə yönləndirilməsi;
- FAQ hazırlanması və mütəmadi yenilənməsinin təmin edilməsi;
- İmtina səbəblərinin hazırlanması, nəticələr haqqında dövri hesabatların hazırlanaraq birbaşa rəhbərə təqdim edilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi;
- Müştəri xidmətlərinin iş keyfiyyətinin, iş standartlarının və siyasətinin inkişaf etdirilməsi;
- Korporativ satış şöbəsindən gələn müracitələrin dəyərləndirilməsi;
- Bölmə əməkdaşlarından hesabatların alınması və onların doğruluğunun yoxlanılması;
- Sənəd axınına nəzarətin edilməsi;
- Müştərilər üçün endirim kampanyalarının icra edilməsində dəstəyin göstərilməsi;
- Müştərilər ilə görüşlərin keçirilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: 1800 AZN (NET);
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.
Ünvan: Binəqədi şossesi, Mədən küçəsi 4 (Xırdalan)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Müştəri Xidmətləri Bölməsinin Rəhbəri” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.