1C Enterprise Administrator

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • 1C Müəssisə konfiqurasiyasının proqram təminatı və xidmətini həyata keçirilməsi;
  • Təşkilatda Əmək haqqı sisteminin 1C 8.3 üzərindən qurulmasını təmin etmək;
  • Layihə çərçivəsində istifadəçi tələblərinin toplanması üçün aidiyyəti strukturlarla ilə görüş və analitik müsahibələrin həyata keçirməsi; 
  • Sistemin proqramlaşdırma mərhələsində sistem tələbləri və texniki tapşırıq sənədinin təhlili ilə bağlı proqramçılara lazımi informasiya dəstəyinin göstərilməsi;
  • Texniki tapşırıq sənədinin hər bir sprinti üzrə testlərin edilməsi; 
  • Sistemin tətbiqi mərhələsində istifadəçilərə hər bir modul üzrə sistemin təqdimatının həyata keçirilməsi və lazımi təlimlərin verilməsi;
  • Proqram təminatından əmək haqqı ilə bağlı tələb olunan məlumat baza hesabatlarının çəkilməsi və hazırlaması;
  • Proqram istifadəçiyə təhvil verildikdən sonra zəruri hallarda istifadəçilərə konsultasiya xidmətinin göstərilməsi.

Tələblər:

  • Ali təhsil (İnformasiya texnologiyaları, iqtisadiyyat və maliyyə üzrə)
  • “1C 8.3 Enterprise” platformasına əsaslanan sistemin inkişafı layihələri üzrə təcrübəyə malik olmaq;
  • 1C 8.3-də administrativ olaraq ən azı 3 il iş təcrübəsinin olması;
  • 1C 8.3-də Əmək haqqı sisteminin tətbiqinin iş axışı üzrə anlayışlı olmaq;
  • Mövcud sistemlərə dəstək və texniki xidmət üzrə təcrübəyə malik olmaq;
  • Riyazi analitik düşüncəyə malik olmaq;
  • 1C kompleks avtomatlaşdırma konfiqurasiyasını praktik olaraq bilmək;
  • Azərbaycan dilini mükəmməl səviyyədə, rus və ingilis dilini yaxşı səviyyədə bilmək;
  • İstehsal və ticarət şirkətlərində əməliyyat, idarəetmə və mühasibat uçotu üzrə əsas biliklərin olması üstünlükdür;
  • Komanda ilə işləyə bilmək.

Əmək şəraiti:

  • İş qrafiki: həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək, şənbə və bazar istirahət günləridir.
  • Təminatlar: “Push30” platformasına korporativ üzvlük, “Paşa Həyat”-dan həyatın yaşam sığortası və nahar təminatı.

Vakansiya tələblərinə uyğun olan namizədlərin CV-lərini  mövzu hissəsində vakansiyanın adını qeyd etməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Son müraciət tarixi: 10.08.2023