İşə Qəbul üzrə Mütəxəssis

  • FS Code
  • Elanın qoyulma tarixi: 25.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə ödəlikləri:

  • İş xüsusiyyətləri, vəzifə təlimatı əsasında vəzifə tələblərini müəyyənləşdirirək elan formalaşdırmaq
  • Mövcud vakansiyaları təhlil etmək, elanları hazırlamaq və müvafiq platformalarda yerləşdirmək,
  • Müxtəlif kanallar vasitəsilə potensial namizədlərin müəyyənləşdirilmək ,araşdırılmaq və müsahibələrin keçirilməsini həyata keçirmək
  • İşçilər arasında mütəmadi olaraq gizli soğular təşkil etmək, yaşanılan çətinlikləri aşkarlamaq, onları aradan qaldırmaq.
  • Təsdiqlənmiş namizədlərə iş təkliflərini təqdimi və müsahibə nəticəsi barədə yekun məlumatı vermək
  • Namizədin iş yerinin təşkili, ilk iş günü qarşılanması, orientasiya təlimlərində iştirakı, adaptasiya prosesinə dəstəyin göstərilməsi və daima onlarla danışıqlar aparmaq
  • Yeni əməkdaşın sınaq müddətinə nəzarət, sınaq müddəti rəylərinin toplanması, tərəflər ilə kommunikasiyanı aparmaq
  • İşə qəbul testlərinin hazırlanması və müvafiq hesabatların təqdim etmək
  • İşçilərin disiplinini yüksək saxlamaq, dəvamiyyətə nəzarət etmək.

Tələblər:

  • İşə qəbul üzrə 1-3 il iş təcrübəsi;
  • Operativ qərar vermə və analtik düşüncə bacarığı
  • Komanda daxilində işləmək və komanda fəaliyyətini koordinasiya etmək bacarığı;
  • MS Office proqramından istifadə etmək bacarığı.
  • Xarici dil biliyinin olması üstünlükdür

İş barədə məlumat:

  • 5 günlük iş rejimi (10:00 – 19:00), 13:00-dan 15:00-a qədər 2 saatlıq nahar fasiləsi
  • Komfortlu ofisdə iş şəraiti;
  • Mehriban kollektiv;
  • Əmək haqqı 800 AZN

Tələblərə cavab verən namizədlər mözvu hissəsinə İşə qəbul üzrə mütəxəssis yazaraq müraciət edə bilərlər.