Məhsul Sahibi (Payments)

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 24.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Hesab və ödəniş xidmətləri məhsulları üzrə gəlirlərinin artırılmasında və təyin edilmiş hədəflərə çatmağa nail olunmasında dəstəyin göstərilməsi
  • Agile məhsul yaradılma təcrübələri əsasında, Squad işinin təmin edilməsi, yeni məhsulların yaradılması
  • Pul köçürmələri üzrə bazar araşdırmaları edilməsi
  • B2B məhsullar yaradılması və mövcud ekosistemin genişləndirilməsi, yeni imkanların dəyərləndirilib icra edilməsi
  • Mütəmadi olaraq məhsulların gəlirliliyinin təhlil edilməsi, xərclərin optimallaşdırılması və mümkün qədər azaldılmasının təmin edilməsi, məhsul dövriyyəsinin gözlənilən həcmdə olmasına dəstək göstərməsi
  • Hesab və ödəniş xidmətləri məhsulları ilə bağlı problemlərin mütəmadi və proaktiv formada köklü həllinə yönəlməsi, araşdıraraq onlardan çıxan nəticələrə görə məhsulların optimallaşdırılması, yeni məhsul inkişaf təşəbbüslərinin irəli sürülməsi
  • “Hesab və ödəniş xidmətləri” məhsul xidmətlərinin davamlı inkişaf etdirilməsi üçün yerli bazara xas və beynəlxalq təcrübənin nəzərdən keçirilməsi, inkişaf üçün istiqamətlərin göstərilməsi
  • Nağd vəsaitlərin idarə edilməsini, korporativ məhsul xətlərinin formalaşdırılması və dəstəklənməsi 
  • Məhsulun xüsusiyyətləri haqqında bilik və təcrübənin komanda daxilində bölüşülməsi
  • Potensial məhsul inkişafı üzrə biznes modelinin yaradılması, Yeni məhsulların hazırlanması və idarə edilməsi 

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
  • Tələb olunan iş təcrübəsi: 1-3 il
  • Xarici dillər: İngilis, Rus
  • Kompüter bilikləri: Microsoft Office
  • Məhsul üzrə biliklər: Bank məhsulları

İşəgötürənin reytinqi