ƏMTT üzrə mütəxəssis (SƏTƏM)

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 21.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsilli olmalı;
  • Aidiyyatı sahə üzrə minimum 2-3 il iş təcrübəsi olmalı;
  • Ofis proqramlarında işləməyi bacarmalı;
  • Kollektivlə işləmək bacarığı;
  • Normativ sənədlərlə işləməyi bacarmalıdır.
  • B kateqoriyası sürücülük vəsiqəsi.
  • Məntiqi və analitik düşünmə qabiliyyəti olmalı;
  • Təhlil etmə, hesabat vermə, məlumat toplama və problemləri müstəqil həll etmə bacarığı olmalıdır

İş haqqında məlumat:

  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməli;
  • İş yerlərində zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir;
  • İş yerlərinin sanitariyasına nəzarət və binanın, qurğuların, avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir;
  • İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına, xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etməlidir;
  • İş yerlərində bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir.
  • Müəssisədə yanğın təhlükəsizliyi avadanlıqlarının xidməti və nəzarətinin təşkilini aparmalıdır.

İş Qrafiki: Həftə içi 5 gün 

İş Yeri: Sumqayıt şəhəri

 

İşəgötürənin reytinqi