İnsan Resursları üzrə Mütəxəssis

İşin təsviri

Əmək haqqı: 600 AZN

Şəhər: Bakı

Yaş: 25 - 40 yaş

Təhsil: Orta/Ali təhsil

İş təcrübəsi: İnsan resursları/hüquq  sahəsində ən azı 1-2 il iş təcrübəsi

Vəzifə, öhdəlikləri və İş barədə məlumat:

  • Xidmət göstərilən müəssisələrin işçilərinin əmək qanunvericiliyinə əsasən işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, və s;
  • Əmək qanunvericiliyin tələblərinə əsasən müvaviq əmrlərin hazırlanması;
  • Uyğun kadrların seçilməsinin təşkili, müsahibələrin təşkil edilməsi və namizədlərin dəvət edilməsi;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatın aparılması;  əmək kitabçalarında  müvafiq qeydlərin aparılması;
  • Məzuniyyət qrafikinin və cədvəlininin tərtib olunması, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini,  işçilərin istifadə etdiyi məzuniyyətləri uçota alınmasının təmin edilməsi.
  • İş vaxtının  uçotu cədvəllərinin tərtib edilməsi, İşçilərin gündəlik davamiyyətinin kontrolu və davamiyyətdə olan uyğunsuzluqların bildirilməsi
  • Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək
  • İş saatı: 9 saatlıq iş rejimi
  • Nahar şirkət tərəfdən verilir
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

Tələb olunan xüsusiyyətlər:

  • AR Əmək Məcəlləsinin müddəalarını  yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
  • Elektron hökümət portalında/ Əmək və Məşğulluq altsistemində sərbəst istifadə bacarığı 
  • Sənədləşdirmə və yazışma işlərini yaxşı səviyyədə bacarmalı; güclü ünsiyyət və danışıq qabiliyyəti; komandada işləmək bacarığı; idarəetmə və kommunikasiya bacarığı

Vakansiya ilə maraqlanan şəxslərdən  CV–lərini elektron ünvanına Subject/Mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə göndərmələri xahiş olunur. 

Əlaqə nömrəsi: 050-582-08-45

Ünvan: Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, REGES PARK Residence, İlqar Mirzəyev küçəsi, 36-50

Eight Marketing and Management Company tərəfindən digər vakansiyalar