Aşpaz

İşin təsviri

Xızı rayonu Altıağac qəsəbəsində yerləşən 19 otaqlı “Xınalı Otel”-ə təcrübəli “Aşbaz” tələb olunur:

Vəzifə öhdəlikləri:

  • Menyudakı yeməklərin reseptlərə uyğun olaraq hazırlanması; 
  • Yeməklərin vaxtında hazır olmasını və gecikmədən mətbəxdən çıxmasını təmin etmək
  • Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək.
  • Yeməklərin hazırlanması və təqdim edilməsində davamlı olaraq yüksək standartlara cavab verməklə, qonaqların ehtiyac və gözləntilərinin qarşılandığını təmin etmək.
  • Müştərilərin sifarişinin düzgün yerinə yetirilməsi məqsədilə planlaşmanı, büdcəni və ərzağın alınması prosesini tənzimləmək.
  • İşçi heyəti üçün gündəlik yeməyin hazırlanması
  • Qiyməti müəyyənləşdirmək və müvafiq ərzaq sifariş etmək üçün satışa cavabdeh məsul şəxslə mütəmadi görüşmək
  • Lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq, onun vaxtında çadırılmasına və tələb olunan standarta cavab verməsinə nəzarət etmək.
  • Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək.
  • Mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlamaq sahəsində olan yenilikləri və həmçinin yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək.
  • Göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə qoruyub saxlamaq məqsədilə xüsusi təlimat hazırlamaq və düzgün iş bölgüsü aparmaq.
  • Digər işçilərlə birlikdə ilin fəslindən və tələb olunan ədvəların mövcudluğundan asılı olaraq resept və menyu hazırlamaq.
  • Komanda şəklində özündən yuxarı vəzifədə olan idarəedici və digər həmkarları ilə yaxından əməkdaşlıq etmək;
  • Təmizliyə və gigiyenik qaydalara ciddi şəkildə əməl etmək;

Namizədə bağlı tələblər:

  • Kişi namizəd;
  • Sahə üzrə minimum 3–5 il iş təcrübəsi;
  • Bütün bölmələr üzrə mükəmməl bilik
  • Bu sahə üzrə yeniliklər barədə məlumatlı olmaq və onları iş prosesində tətbiq etməli;
  • Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini bilməli;
  • Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli;
  • İş saatlarında çevik olmalı, gərgin iş qrafikində dəqiq və səmərəli işləməli;
  • Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etməli;
  • Gündəlik menyunu tərtib etmək, mətbəxdə çalışan işçiləri idarə etmək və iş bölgüsü aparmaq;
  • Ünsiyyət qurma bacarığı; büdcənin tərtib etmək və ona nəzarət etmək.

İş Şərtləri:

  • Həftədə 6 iş günü, 1 gün istirahət;
  • Nahar və forma şirkət tərəfindən təmin edilir;
  • Qalmaq üçün yerlə təmin edilir
  • Əmək haqqı: 1000-1200 AZN

Maraqlanan namizədlər mövzu yerində “Aşbaz” yazmaqla öz CV-lərini [email protected]  ünvanına göndərə bilər.

 

Eight Marketing and Management Company tərəfindən digər vakansiyalar