İşin təsviri
Təsvir:
- Sahələr üzrə aylıq aqrokimyəvi və aqrotexniki tədbirlər planın icrasının təşkili və nəzarət
- Sahələr üzrə işçi qüvvəsinin və kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsinə, işlərin fərdi qeydiyyat bazasının düzgün formalaşdırılmasını təşkil edir, müvafiq tapşırıqlar verir və hesabatlılığını təmin edir
- Sahələrin fitapotoloji və aqrokimyəvi vəziyyətinin mütəmadi monitorinqinin aparılması
- Mineral və üzvü gübrələrin, pestisidlərin düzgün yerləşdirilməsinə, sahələrə təmin edilməsi ilə bağlı işləri planlayır və təşkil edir
- Sahələrdə əkinə hazırlıq, əkin, budama, məhsul yığımı kimi mövsümi işlərin icrasının və hesabatlılığın təmin edilməsi
- Rüblük hesabatların hazırlanması
- İllik aqrokimyəvi və aqrotexniki tədbirlər planın hazırlanmasında iştirak edir
- Hazır məhsulun təhvil-təslim işlərini və hesabatlılığı təmin edir.
- Bağlarda çalışan işçilərlə mütəmadi fərdi görüşlər təşkil edir, onların problemləri, təklifləri ilə maraqlanır və aidiyyati şöbələr üzrə məlumatların verilməsini təmin edir.
Tələblər:
- Cinsi: kişi;
- Yaş həddi: 30-45
- Anoloji sahədə minimum 5 il iş təcrübəsi
- Sahə üzrə ali təhsil (magistr təhsili üstünlükdür)
- Aqrotexniki və aqrokimyəvi tədbirlər barədə biliklər
- Kənd təsərrüfatı texnikaları ilə bağlı spesifik məlumatlar, işləmə prinsipləri barədə biliklər
- Gübrə, pestisidlərin tərkibi və istifadəsi ilə bağlı məlumatlar (MSDS-lər)
- İdarəetmə təcrübəsi
- Analitik düşünmə bacarığı.
Uyğun namizədlər CV-ləri e-mail ünvanına göndərə bilərlər.