Zavod Müdiri

  • AZAQROTAXIL MMC
  • Elanın qoyulma tarixi: 08.08.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Müəssisəsinin ümumi pambıq istehsalı fəaliyyətinin idarə və təşkil edilməsi;
  • Müəssisədə gündəlik, həftəlik və aylıq olan əməliyyatların və işlərin planlaşdırılması, icrası və şöbələr arası işlərin hədəflərə uyğun kordinasiya edilməsi;
  • Keyfiyyət standartlarının və təhlükəsizlik qaydalarının planlaşdırılması və vaxtında təmin edilməsi;
  • İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayyət olunmasına daim nəzarət edilməsi;
  • Müəssisənin qarşısında qoyulan istehsal və satış planlarının yerinə yetirilməsinə nəzarətin təmin edilməsi;
  • Müəssisədaxili müəyyən olunmuş qaydada hazırlanmış müxtəlif növ aylıq hesabatların yoxlanması və təsdiqlənməsi;
  • Avadanlığın və başqa əsas vasitələrin vaxtında tənzimlənməsini və texniki cəhətdən düzgün istismarını, onların qrafik üzrə təmirini, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasının təminatı;
  • Müəssisədə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına, onların hazırlıq səviyyəsinə və təlim ehtiyaclarına daim nəzarət edilməsi;
  • Əməkdaşların işləri və iş keyfiyyəti ilə yaxından maraqlanmaq;
  • Əməkdaşların iş bacarıqlarının yaxşılaşdırılması istiqamətində davamlı işləmək;
  • Müəssisədə işlərin biznes proseslərinə, korporativ etik dəyərlərinə və qaydalarına uyğun olaraq tətbiq olunmasına nəzarət edilməsi;
  • Müəssisənin ümumi iş peformansını ölçə bilən hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Müəssisənin İllik strateji planının hazırlanması və plana nəzarət edilməsi;

İş qrafiki: Həftənin 5 günü;
Ünvan: Biləsuvar rayonu,Nəsimi kənd

  • Nahar şirkət tərəfindən təmin ediləcək;
  • Korporativ nömrə və s. təmin ediləcək.

Namizədə olan tələblər:

  • Müvafiq vəzifədə minimum 3-5 illik iş təcrübəsi;
  • İstehsal proseslərinin idarə olunması haqqında ətraflı təcrübəyə malik olmaq;
  • İstehsal proseslərinin düzgün şəkildə təşkili, effektivliyi və səmərəliliyinə nail olmaq;
  • Bazar və işgüzar göstəriciləri təhlil etmək, çoxlu sayda analitik məlumatlarla
  • işləmək bacarığı və məlumatlara əsaslanan təşviqat strategiyası hazırlamaq
  • bacarığı;
  • Yeni məhsul xüsusiyyətlərinin effektivliyini, potensial dəyərini qiymətləndirmək bacarığı;
  • Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, məsuliyyətlilik, dürüstlük, nəticələrə diqqət, yüksək təşkilati və ünsiyyət bacarıqları;
  • Qərar qəbul etmək bacarığı;
  • Komanda ilə işləmək, düzgün ünsiyyət qabiliyyəti;
  • İstehsal avadanlıqları və texniki iş qaydaları haqqında biliklər;
  • Kompüter bilikləri (Microsoft office proqramları)
  • Ali təhsili olan namizədlərə üstünlük verilir
  • Cinsi: Kişi;
  • Yaş həddi: 30-55 arası;
  • Ə/h müsahibə əsasında, şəxsin bilik və bacarıqlarına uyğun olaraq qiymətləndirləcəkdir. (1700-2000)

Qeyd: Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeydolunmaqla  elektron ünvanına göndərmələri xahiş olunur.