Maliyyə Meneceri

İşin təsviri

Namizədə tələblər:

  • Təhsil: Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat üzrə Bakalavr təhsili;
  • İş təcrübəsi: 1-3 illik biznes maliyyəsi və ya digər müvafiq sahədə təcrübə;
  • Xarici dil bilikləri: Rus dili biliyi orta səviyyədə;

Bilik və bacarıqlar:

  • Əsas maliyyə hesabatlarının hazırlanması
  • Maliyyə modelləşdirmə texnikalarında yüksək bacarıq;
  • Excel formulları və funksiyaları ilə səlis işləmə bacarığı;
  • (ACCA;F2;F7;F8).

Səriştələr:

  • Strateji, strukturlu və kritik düşünmə qabiliyyəti;
  • Tapşırıqların anında qavranması və icra edilməsi;
  • Eyni anda bir neçə tapşırığın öhdəsindən gəlmək bacarığı;
  • Məlumatların yazılı/şifahi təqdim etmə bacarığı.

Öhdəliklər:

  • Gəlirləri və xərcləri analiz etmək, xərclərin azaldılması və səmərəliliyin artırılması imkanlarını müəyyənləşdirmək;
  • Büdcələrin hazırlanmasında iştirak etmək və təsdiq edilən büdcələrin izlənilməsi;
  • İllik büdcə icrasının aylıq monitorinqi, təhlil edilməsi, lazım olduğu təqdirdə revizə edilməsi;
  • Şirkətin siyasət və qaydalarına uyğun olaraq maliyyə əməliyyatlarını izləmək və düzgünlüyünə nəzarət etmək.
  • Rəhbərlik tərəfindən verilən digər gündəlik əməliyyatları icra etmək;
  • Maliyyə intizamına riayət olunmasına nəzarət etmək, müqavilələr üzrə öhdəliklərin vaxtında və tam yerinə yetirilməsini, xərclərin təyinatı üzrə istifadəsini və gəlirlərin vaxtında uçotda əks olunmasını təmin etmək
  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarət;
  • Mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsi ((PVHH;MZHN;MVHH;KPHH)
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əməkhaqqı fondunun sərf olunmasına, əmtəə-mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi;
  • Büdcə modelinin və siyasətinin işlənib hazırlanması
  • Mütəmadi olaraq büdcə və faktiki göstəricilərin müqayisəli analizinin həyata keçirilməsi, büdcədən əhəmiyyətli kənarlaşmaların səbəbinin müəyyən edilməsi və əsaslandırılması
  • Maliyyə göstəriciləri üzrə tapşırıqlara müntəzəm nəzarət edilməsi, onların maliyyə planına hansı səviyyədə cavab verməsini müəyyən etmək üçün məlumatların təhlil edilməsi və məhsuldarlıq üzrə əsas göstəricilərin müəyyənləşdirilməsi
  • Müəssisənin fəaliyyətinin səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi.
  • Xərclərin bölüşdürülməsi, nəzarət edilməsi və idarə edilməsi, büdcə planlaması işinin təşkili və ona nəzarət.

Təklif edirik:

  • İş saatları: 09:00-18:00;
  • İstirahət günləri: Şənbə, Bazar;
  • Əmək qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirmə
  • Əmək haqqı müsahibə əsasında təyin edilir
  • Nahar şirkət tərəfindən verilir