İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Müştərilərin qarşılanması, təkliflərin verilməsi, lazımi nümayəndələrə yönəldilməsi;
 
	- Onboarding prosesinin aparılması (fiziki və hüquqi şəxslərin müqavilələrinin hazırlanması, toplanılması, kağız sənədlərin elektron sənədə keçirilməsi və bazaya daxil edilməsi);
 
	- Demo hesabının açılması;
 
	- Saytda qeydiyyatdan keçən müştərilərlə əlaqə saxlanılması;
 
	- Birjadan kənar alqı-satqı müqavilələrin tərtib edilməsi;
 
	- İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq;
 
	- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları yerinə yetirmək.
 
Tələblər:
	- Maliyyə, iqtisadiyyat üzrə ali təhsil;
 
	- Sahə üzrə ən azı 2 il iş təcrübəsi (investisiya xidmətləri sektoru üzrə əldə olunmuş sahə təcrübəsi üstünlük hesab olunur);
 
	- Qiymətli kağızlar bazarı və İnvestisiya şirkəti fəaliyyətinə dair biliklər;
 
	- Azərbaycan, Rus və İngilis dillərində sərbəst iş aparmaq qabiliyyəti: o cümlədən peşəkar iş ünsiyyəti, sənədləşmə və yazışmaların aparılması;
 
	- MS Office proqramlarından istifadə bacarığı;
 
	- Məsuliyyətlik və operativlik.
 
Maraqlanan şəxslər elektron məktub başlığında “Müştəri xidmətləri üzrə mütəxəssis” qeyd etməklə öz CV-lərini göndərə bilərlər.