Vəzifə öhdəlikləri:
• Strateji hədəflərə gedən yolda yarana biləcək kredit risklərinin müəyyənləşdirilməsi,
qiymətləndirilməsi və idarə edilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üçün
təkliflərin verilməsi;
• Kredit risklərinin rəftarı ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərdə
iştirak;
• Kredit risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk
indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
• Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin
verilməsi;
• Kredit risk limitlərinin hesablanmasına dair təkliflərin verilməsi və risk limitlərinə riayət olunmasına
nəzarətin həyata keçirilməsi;
• Kredit risk modellərin yaradılması və yenilənməsini həyata keçirməsi;
• Şöbədən irəli gələn digər məsələləri rəhbərliyə təqdim olunması;
Tələblər:
• Təhsil: Ali iqtisadi və ya Maliyyə təhsili;
• Təcrübə: Zəruri minimum iş təcrübəsi 4 il, kredit risklərin idarə edilməsi funksiyası üzrə 2 il;
• Kapital bazarı haqqında məlumat;
• Kredit və kontragent risk menecmenti haqqında biliklər;
• Kompüter biliyi: Microsoft Office (Word, Excel, Power Point, Outlook), Statistik proqramlar;
• Azərbaycan, Rus və İngilis dillərində sərbəst iş aparmaq qabiliyyəti: o cümlədən peşəkar iş
ünsiyyəti, sənədləşmə və yazışmaların aparılması;
• Digər tələblər: Texniki – analitik biliklər;
• Qanunvericilik, sənədləşmə biliyi: Maliyyə qurumlarında prudensial tələblər və qaydalar;
• CFA və ya FRM sertifikasiyası üzrə nəticələr əldə etmiş namizədlərə üstünlük veriləcəkdir;
• R, Power BI bilikləri arzuolunandır.
https://www.careers-page.com/pasha-capital-jobs/job/QW87W576