Müştəri əlaqələri üzrə kordinator

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müştərilərin şikayət və təkliflərini dinləmək
  • Müştərilərin telefon və ya sosial şəbəkə  vasitəsilə edilmiş şikayətlərinin cavalnadırılması
  • Müştəri məmnuniyyəti sorğularının keçirilməsi
  • Müştəri müraciətlərinin aidiyyatı üzrə yönləndirilməsi
  • Müəssisənin xidmətlərinin təşkili və aparılması
  • Müəssisənin maraqlarına uyğun müştərilərlə kommersiya danışıqlarının aparılması
  • Müştərilərdən daxil olan məlumatların operativ şəkildə cavablandırması və rəhbərliyin diqqətinə çatdırılması
  • Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi
  • Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi
  • Rəhbərlik tərəfindən tapşırılan lazımi hesabatların təqdim edilməsi

Tələblər:

  • Ali təhsil
  • Müvafiq sahədə 3 ildən az olmayaraq iş stajı
  • Azərbaycan və rus dillərində səlis danışıq,  ingilis dilini bilmək üstünlükdür;
  • MS office proqramlarını yüksək səviyyədə bilməli
  • Komanda şəklində işləməyi bacarmalı 
  • Təhlil və analiz etmə qabiliyyəti
  • Ünsiyyətcil, təşəbbüskar;
  • Analitik yanaşma qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə bacarığı

İş rejimi və digər şərtlər:

  • • İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
  • • İstirahət günləri: şənbə və bazar;
  • • İş yerinin ünvanı: Bakı şəhəri, Ziya Bünyadov pr. 20/61 

Müraciət etmək istəyən namizədlərdən CV-lərini mail ünvanına mövzu hissəsinə “Müştəri əlaqələri üzrə kordinator”  qeyd edərək göndərmələri xahiş olunur.

İşəgötürənin reytinqi

Gədəbəy Mineral Suları MMC tərəfindən digər vakansiyalar