Satınalma şöbəsinin aparıcı mütəxəssisi

İşin təsviri

İş Elanı №20JS/13

“Dəvəçi Broyler” ASC Satınalma şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir. 

Əsas vəzifələr:

• Satın-alma/sifariş spesifikasiyaların sifarişçilər ilə razılaşdırılması;
• Spesifikasiya növünün seçilməsi və standartlaşdırılması;
• Satın-alınacaq xammal/materiallar və xidmətlər üzrə təchizatçıların axtarışı;
• Təchizatçıların ilkin (prekvalifikasiya) qiymətləndirilməsi;
• Potensial təchizatçılar üzrə siyahının tərtib edilməsi;
• Tenderdə iştirak üçün elanının hazırlanması və təchizatçılarla yerləşdirilməsi;
• Təkliflər və ya kotirovka sorğuları ilə təchizatçılara müraciət edilməsi;
• Təchizatçıların seçimi və/və ya Tender komitəsinin müzakirəsinə çıxarılması;
• Təchizatçılarla danışıqların aparılması və satın-alma şərtlərinin seçilməsi (İncoterms);
• Materiallar və ya xidmətlər üzrə satin-alma müqavilələrinin bağlanılmasında iştirak və müqavilə şərtlərinin müqavilələr üzrə menecer ilə razılaşdırılması;
• Təchizatçılarla münasibətlərin inkişaf etdirilməsi

Əsas tələblər:

• Satın-alma şöbəsində ən azı il yarımlıq iş təcrübəsi;
• Ali təhsil (iqtisadi təhsilli mütəxəssislərə üstünlük verilir);
• Rus, azərbaycan, ingilis dillərini bilməli (hər dilinin bilik səviyyəsi – orta səviyyədən yuxarı olmalıdır);
• Danışıqların və işgüzar yazılışmaların aparılması bacarığı;
• Komanda şəklində işləmək bacarığı;
• MS Word, MS Excel, MS Power Point proqramları üzrə sərbəst istifadə etmə bacarlğı.

Əmək haqqı 600 – 800 manat arası nəzərdə tutulur.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, CV-nizi 10 avqust 2013-cü il tarixindən gec olmamaq şərtilə

[email protected]

elektron ünvanlarına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№20JS/13) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!