İş Elanı №05JS/13
“Dəvəçi Broyler” ASC Müqavilələr üzrə Menecer vəzifəsinə işçi axtarışı elan edir.
Əsas vəzifələr:
• Bütün standart müqavilələrin tərtib edilməsi;
• Şirkətlə bağlanan mövcud müqavilələri nəzərdən keçirərək onlara nəzarət etmək.
Əsas tələblər:
• Ali təhsil (üstünlük Hüquq təhsilə verilir);
• Azərbaycan və rus dillərində sərbəst yazmaq və danışmaq. İngilis dilini bilmək arzuolunandır;
• Microsoft Office (Word və Excel) proqramlarından sərbəst istifadə etmək;
• Yüksək səviyyədə ünsiyyət qurmaq və danışıqlar aparmaq qabiliyyəti;
• Komandada işləmək bacarığı.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, CV-nizi 25 iyun 2013-cü il tarixindən gec olmamaq şərtilə [email protected] və [email protected] elektron ünvanlarına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№05JS/13) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!