Baş Mühasib

İşin təsviri

İş Elanı №07JS/13

“Dəvəçi Broyler” ASC Baş Mühasib vəzifəsinə işçi axtarışı elan edir.

Baş Mühasib:

Əsas vəzifələr:


• Sənədləşmə prosesinin və mühasibat əməliyyatlarının üzərində ümumi nəzarət;
• Vergi, Dövlət Sosial Müdafiə Fonduna ve digər dövlət orqanlarına hesabatların verilməsinə nəzarət;
• Törəmə və qız müəssisələrin maliyyə və idarəetmə hesabatlarının təhlili icmallaşdırılması;
• Dövrü icmal maliyyə hesabatlarının hazırlanması və təqdimatı;
• Şirkətlər qrupunun maliyyə vəziyyəti və maliyyə nəticələrinə nəzarət;
• Daxili idarəetmə hesabatlarının verilməsi;
• Səhmdarlar və investorlar üçün icmal hesabatlarının hazırlanması və təqdimatı.

Əsas tələblər:

• Ali təhsil;
• İlkin sənədlərlə və komandada işləmək bacarığı;
• Ən azı mühasibat sahəsində 7 il üç təcrübəsi  (Baş mühasib sahəsində ən azi 5 il)
• Azərbaycan dilndə səlis və rəsmi yazışmalar aparmaq bacarığı;
• MS Office və 1C 7.7 proqramlarında işləmək bacarığı;
• Vergi orqanlarının, DSMF və Dövlət Statistika orqanlarının proqram təminatlarında işləmək bacarığı
• Mühasibat və hesabatvermə sahəsində beynəlxalq sertifikatların olması əlavə üstünlük sayılır.
• Rus və ingilis dillərini bilmək əlavə üstünlük verir.

Əmək haqqı 1800 - 2,000 manat arası nəzərdə tutulur.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, CV-nizi 15 iyul 2013-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№07JS/13) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!