İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri və fəaliyyətlər:
	- Biznes proseslərin analiz olunması;
 
	- Biznes prosesə uyğun texniki tələblərin formalaşdırılması;
 
	- Layihənin icrası zamanı dizayn və proqramlaşdırma komandası ilə sıx əməkdaşlıq, sualların cavablandırılması və istiqamətləndirilməsi;
 
	- Layihənin uğurla icrası üçün prosesə rəhbərlik edilməsi;
 
	- Layihələrlə bağlı gedişatın izlənməsi və qiymətləndirilməsi;
 
	- Məhsulun hazırlanma prosesinə nəzarət və istiqamət verməklə proqram təminatı komandası ilə sıx əlaqə;
 
	- Məhsulun və layihənin inkişafı üçün yeni təkliflərin hazırlanması;
 
	- Maraqlı tərəflərlə birlikdə məhsulun istismara verilməsinin planlaşdırılması və icra olunması;
 
	- Layihə və ya məhsulun test edilməsini təmin etmək, sənədləşdirilməsini aparmaq, məlumat axınlarını hazırlamaq, APİ-lərin giriş çıxışlarını dizayn etmək;
 
	- Sifarişçilərlə/vendorlarla kommunikasiya planının qurulması, müddət və tələblərin razılaşdırılması;
 
	- İstifadəçi rollarının, istifadəçi xəritəsinin (user map), istifadəçinin funksionallığının müəyyənləşdirməsi;
 
	- Texniki tapşırıqların hazırlanması və komanda/müştəri ilə bölüşülməsi.
 
Tələb olunan təhsil və iş təcrübəsi:
	- Ali təhsil (texniki və ya biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
 
	- İş təcrübəsi: Biznes analitikası, texniki tapşırıqların hazırlanması, biznes proseslərin təhlili, biznes tələblərin hazırlanması üzrə;
 
	- Dil bilikləri: Azərbaycan və İngilis dili əla səviyyədə (Rus dili orta səviyyədə olması arzuolunandır);
 
	- Komputer bilikləri: Jira, BPM alətləri, Powerpoint, Figma ilə sərbəst işləmə bacarıqları;
 
	- Yüksək təqdimat bacarığı;
 
	- Fikrini dəqiq, düzgün formada ifadə etmək bacarığı
 
	- Məlumatı təhlil etmək və faktlara əsaslanaraq düzgün qərar vermək bacarığı.
 
Maraqlanan namizədlər CV-lərini emailin mövzu (subject) hissəsinə Layihə meneceri (İT yönümlü) qeyd etməklə göndərə bilərlər.