Senior Frontend Developer

İşin təsviri

Vakansiya haqqında:

  • Vəzifə: Senior Frontend Developer 
  • İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00
  • Müraciət üçün son tarix: 10.03.2025

Əsas vəzifə və öhdəliklər:

  • Yeni funksiyaların layihələndirilməsi və komanda ilə əməkdaşlıq.
  • Sınaqdan keçirilə bilən və təkrar istifadə edilə bilən kodların yazılması.
  • Kod təhlillərində iştirak və komanda üzvlərinə konstruktiv rəy bildirilməsi.
  • Proqram təminatında yaranan çatışmazlıqların qısa müddətdə aradan qaldırılması.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Təhsil: Kompüter elmləri, proqram təminatı mühəndisliyi və ya müvafiq sahələrdə bakalavr dərəcəsi.
  • Proqramlaşdırma dilləri: JavaScript (ECMAScript 6), TypeScript, Vue, Nuxt.js, HTML/CSS.
  • Alətlər və texnologiyalar: GIT, Node.js, NPM, Webpack, Rollup, Vite; Docker və Kubernetes üzrə əsas biliklər; GitLab.
  • Dizayn və UI: Tailwind CSS və Figma ilə iş təcrübəsi.

Tələb olunan bacarıqlar:

  • Vue və Nuxt.js istifadə edərək responsiv frontend kod yazmaq.
  • Fərdi UI komponentləri yazmaq və mövcud UI kitabxanaları ilə işləmək.
  • Kod optimizasiyası və web performansının yaxşılaşdırılması.
  • Test və debugging bacarıqları.
  • Agile metodologiyası və Jira təcrübəsi.
  • Tələblərin analiz edilməsi və uyğun test hallarının hazırlanması.

Üstünlük verilən əlavə bilik və bacarıqlar:

  • React ilə iş təcrübəsi.
  • Frontend testləri üzrə təcrübə (Cypress, Jest, Vue Test Utils, React Testing Library).

Digər bacarıqlar:

  • Peşəkarlıq və məsuliyyətlilik.
  • Vaxtın idarə edilməsi.
  • Dinamik komandada işləmə bacarığı.
  • Təşəbbüskarlıq və problemi həll etmə.

Müraciət üçün: CV-nizi “Senior Frontend Developer” başlığı ilə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.