Data Scientist (Junior/Middle/Senior)

İşin təsviri

Vəzifə üzrə öhdəliklər və fəaliyyətlər:

  • Biznesin tələblərinə cavab verən yeni hesabat formalarının qurulması, cari dashboardların optimizasiyası;
  • Məlumat analitikası və data mining proseslərinin icrası, böyük və kompleks məlumat dəstləri üzərində analizlərin aparılması;
  •  “Advanced analytics” sahəsində qabaqcıl təcrübələrin tətbiqi, biznes və risk departamentləri ilə eksperimentlərin həyata keçirilməsi;
  • Machine Learning (ML) modellərinin hazırlanması və tətbiq edilməsi prosesinə rəhbərlik etmək və ya fəal iştirak etmək;
  • Model performansını izləmək və optimallaşdırmaq üçün statistik və analitik metodların tətbiqi;
  • Datamart dəyişənlərinin inkişafı və test edilməsi;
  • Məlumatların təhlili və avtomatlaşdırılması üçün Python vasitəsilə analitik həllər hazırlamaq;
  • Məlumatların məxfiliyini qorumaq və təhlükəsizlik standartlarına uyğun hərəkət etmək;
  • Müxtəlif maraqlı tərəflərlə işləmək, biznes məqsədlərinə uyğun data həlləri yaratmaq və təqdim etmək.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil: Kompüter mühəndisliyi, informatika, tətbiqi riyaziyyat, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə;
  • Machine Learning, Statistika və Data Visualization ilə bağlı güclü nəzəri və praktiki biliklər;
  • Böyük məlumat dəstlərinin təhlili və avtomatlaşdırılması üçün Python üzrə yüksək səviyyədə təcrübə;
  • SQL üzrə güclü biliklər (kompleks sorğular yazmaq, optimallaşdırma və performans tənzimləmə);
  • Dashboardların yaradılması üçün PowerBI (Qlik Sense və ya oxşar BI alətləri) üzrə geniş təcrübə;
  • Analitik düşüncə və kompleks problemləri həll etmək bacarığı;
  • Machine Learning modellərinin yaradılması və tətbiqi sahəsində təcrübə;
  • Microsoft Office proqramları ilə səlis işləmə bacarığı;
  • Güclü ünsiyyət və təqdimat bacarıqları, nəticə yönümlü yanaşma;
  • Səlis Azərbaycan dili, yaxşı səviyyədə İngilis dili bilikləri; Rus dili üstünlükdür;

Maraqlanan namizədlər CV-lərini mövzu olaraq Junior/Middle/Senior qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.