1C operator

  • BOA Agency
  • Elanın qoyulma tarixi: 23.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya haqqında məlumat:

  • Struktur bölmə: Mühasibatlıq;
  • Əmək haqqı : 600-1000 AZN;
  • İş saatları (iş rejimi) : həftə içi 5 gün, 09:00-18:00;
  • Son müraciət tarixi :  24.07.2023.

Vəzifə öhdəlikləri:

  • E-manat sisteminə nəzarət, onlarla yazışmalar və ordan gələn ödənişləri 1C-ə yükləmək;
  • MilliÖn sisteminə nəzarət, onlarla yazışmalar və ordan gələn ödənişləri 1C-ə yükləmək;
  • Xərc maddələrini 1C-ə işləmək;
  • Aylıq müştəri bazasını 1C sistemində yaratmaq; 
  • Müştərilər tərəfindən edilən ödənişlərin uçotunu aparmaq və gündəlik nəzarət etmək;
  • Daxil olan və xaric olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil etmək;
  • Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib etmək;
  • Debitor və kreditor hesablaşmaları aparmaq;
  • Gündəlik və aylıq hesabatları tərtib etmək;
  • Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl etmək;
  • İnternet-banking üzrə lazımi əməliyyatları və ödənişləri icra etmək;
  • Ödəniş əməliyyatları hesablarını əlaqələndirib hesabların təhlilini hazırlamaq;
  • Rəhbərliyin sorğusu ilə zəruri hesabatları hazırlayıb, tapşırıqları yerinə yetirmək. 

Vəzifə üzrə tələblər:

  • Ali təhsil ( Mühasibatlıq, Maliyyə və əlaqəli ixtisaslar)
  • Sahədə minimum 2-3 il iş təcrübəsi;
  • MS Office və 1C 8.3 proqramlarında işləmək bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Tapşırıqların müəyyən olunmuş vaxtda və dəqiq icra olunması;
  • Müstəqil qərar verici, məntiqli və dəqiqlik kimi müsbət göstəricilərə malik olması.

Sizə nə təklif edirik?

  • Korporativ xəttlə təminat ;
  • Əlverişli iş mühitində çalışmaq imkanı;
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • Əmək müqaviləsi;
  • Şənbə və bazar istirahət.

Maraqlanan şəxslər öz CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. Mövzu qrafasında mütləq vəzifənin adı yazılmalıdır. (012) 431-44-02

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, 4. mkr, Mir Cəlal küçəsi, 36 D