1C Operator-Mühasib

İşin təsviri

Öhdəliklər:

  • 1C proqramında mühasibat uçotu və əmək haqqı hesablanmasının avtomatlaşdırılmasının tətbiqi
  • Qaimə-fakturanın tərtib olunması, göndərilməsi və satılmış malların reyestrinin təşkili
  • Şirkətə daxil olan e-qaimələrin yoxlanması və təsdiqlənməsi
  • Gündəlik qaimə və qəbzlərin işlənməsi və mühasibat proqramına köcürülməsi
  • Şirkətin mühasibatlığa aid tələb edilən sənədlərinin hazırlanıb işlənməsi
  • Ödəniş üçün daxil olan sənədlərin yoxlanması, işlənilməsi və arxivləşdirilməsi
  • İnventarlaşdırmada iştirak
  • Alış və satış (nomenklatura üzrə), bank, kassa, əməkhaqqı hesablanması əməliyyatlarının 1C Mühasibat proqramına daxil etmək
  • Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək
  • Gündəlik və aylıq hesabatların tərtib edilərək hesablar planına uyğun müxabirləşmələr edilməsi
  • Kreditorlar və debitorlarla üzləşmələrin aparılması
  • Müştəri borcları ilə bağlı lazımi analizlərin edilməsi
  • Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotunda əks etdirmək
  • Yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
  • Maliyyə və mühasibatlıq direktoru tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi

Tələblər:

  • İş təcrübəsi: Müvafiq sahədə minimum 3-5 illik iş təcrübəsi
  • Təhsili/ixtisası: Ali təhsil (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
  • Təlim və kurslar: Mühasibatlıq və maliyyə təlimlərinə qatılması əlavə üstünlükdür
  • AR Vergi Məcəlləsini bilməli
  • Dil bilikləri: Azərbaycan dili , Russ dili
  • Kompüter bilikləri: MS Office (Word, Excel) və 1C (8.2, 8.3) proqramını yüksək səviyyədə bilmək.

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş qrafiki
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Əmək haqqı: 1000 + AZN
  • Karyera yüksəlişi imkanı
  • Ünvan: Çinar Park Biznes Mərkəzi , Ziya Bünyadov 1965

CV’lərinizi email ünvanına göndərməyiniz xahiş olunur.