Portfelin monitorinqi üzrə kiçik mütəxəssis

  • BOA Agency
  • Elanın qoyulma tarixi: 26.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiyanın detalları:

Əmək haqqı: 345 AZN + bonus

Kateqoriya: Mütəxəssis

Məşğuliyyət: Tam iş günü

Vəzifə öhdəlikləri:

  • Mühasiblərlə danışıb göndərilən qərarlara əsasən borcluların əmək haqqından tutulmasını tələb etmək
  • Verilən excellərə məhkəmə əmrlərininin tarixləri və qalıq borclarının yazılması
  • İcrada olan hüquqşünasların və icraçıların suallarının cavablandırılması
  • Müəssisənin rəhbəliyinə təqdim edilən sənədlərin hazırlıq keyfiyyətinə, onların düzgün tərtib olunmasına, razılaşdırılmasına və təsdiq edilməsinə nəzarəti həyata keçirmək
  • Rəhbərliyə aid sənədlərin və rəhbərliyin göstərişlərinin icrasına nəzarət etmək, bu sənədlərin vaxtında və keyfiyyətlə icra edilməsini təmin etmək məqsədilə operativ tədbirlər görmək
  • Şöbə daxilində prosedurların inkişafı və optimallaşdırılmasında iştirak
  • Günün sonunda bütün əməliyyatların vaxtında və dəqiq icrasını təmin etmək üçün bütün əlaqəli hesabların yoxlanılması və uyğunsuzluqların aradan qaldırılması
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

 Vakant vəzifə üzrə tələblər:

  • Yaş həddi: 21-30 
  • Ali təhsil (Maliyyə və buna uyğun digər sahə üzrə bakalavr təhsili arzuolunandır);
  • Universiteti yeni bitirmiş və yaxud müvafiq vəzifə üzrə 1 il iş təcrübəsi;
  • Office proqramlarında işləmək bacarığı (Excel - yaxşı səviyyədə);
  • Azərbaycan dilində səlist danışıq qabiliyyəti, rus və ingilis dili arzuolunandır;
  • Yüksək dərəcədə ünsiyyət və komanda ilə işləmək bacarıqları;
  • Müştərilərlə davranış etikası;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.

İş şəraiti:

  • Əmək haqqı – 345AZN + bonus sistemi 
  • İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
  • Şənbə və bazar istirahət;
  • Nahar fasiləsi: 13:00 – 14:00;

Sizə nə təklif edirik?

  • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı;
  • Əmək haqqına əlavə bonuslar;
  • Korporativ nömrəylə təmin edilmə;
  • Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;
  • Karyera və inkişaf perspektivləri; 
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı.

 Maraqlanan şəxslər öz CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır. 

Ünvan: Nəsimi rayonu, 4 mkr.,Mir Cəlal küç.36 D ; (012) 310 39 21