Product Manager (Saat üzrə)

İşin təsviri

İş barədə məlumat:

  • Məsul olduğu bütün məhsulları  tanımaq, onların qiymətini, özəllik və texniki parametrlərini bilmək, araşdırmaq;
  • Yeni məhsul təklifləri vermək, məhsulun satış qabiliyyətini analiz etmək
  • Əməkdaşlara saatların modelləri, texniki xüsusiyyətləri, digər özəllikləri ilə bağlı təlim keçmək;
  • Daim bazar araşdırması etmək, yeniliklərdən yeni saat trendlərindən məlumatlı olmaq;
  • Rəqib şirkətləri araşdırmaq və onlar haqqında məlumatlar toplamaq;
  • Mağazalardan servisə gedən saatlar haqda məlumat almaq;
  • Servis mərkəzinə həftəlik  görüş keçirtmək və problemləri araşdırmaq;
  • Mağazalara görüşlər keçirtmək, məhsulların düzülüş və satışı ilə bağlı təkliflər vermək, problemli məhsullar ilə bağlı tədbir görmək

Tələblər:

  • Ali təhsil (marketinq, iqtisadiyyat, menecement və ya oxşar sahələrdə);
  • Sahə üzrə iş stajı olmalı ( saat satışı, brand manager, təlim və ya koteqariya menecer fəaliyyəti)
  • Rus və İngilis dillərində advanced səviyyədə bilik
  • Excel bilikləri yüksək səviyyədə olmalı
  • Natiqlik və öyrətmə qabiliyyəti; 
  • Daim öz üzərində işləməyə, öyrənməyə həvəsli
  • Xarici görünüşünə əhəmiyyət verməli; 
  • Stressə davamlı; 
  • Kreativ və innovativ olmalı
  • Araşdırma və analiz etmə qabiliyyəti
  • Kişi namizədlərə üstünlük veriləcək

İş şəraiti:

  • İş günləri: 5 günlük iş rejimi
  • Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
  • Partnyor olduğumuz məkanların xidmətlərindən və məhsullarından endirimlə yararlanmaq imkanı;
  • Şirkət daxili təlim və inkişaf imkanları;
  • Karyera yüksəlişi imkanı;
  • Əmək haqqı: namizədin bilik və bacarıqlarına əsasən qarşılıqlı razılaşma ilə

Maraqlanan namizədlərdən CV-lərini “Saat üzrə Product Manager” başlığı ilə e-mail adresinə göndərməkləri xahiş olunur.