1C proqramçı

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • 1C:TMS, 1C: ERP, 1C KA, 1C Mühasibatlıq müasir həllər əsasında həllərin tətbiqi; 
  • 1C konfiqurasiyaları, vebsayt, bazarlar və digər xarici məlumat mənbələri daxil olmaqla mübadilə sistemləri üçün həllərin layihələndirilməsi;
  • 1C 8.3 platformasında konfiqurasiyaların təkmilləşdirilməsi;
  • 1C konfiqurasiyalarında şirkətin biznes proseslərinin avtomatlaşdırılması;
  • Sistem inteqrasiyası üzrə mütəxəssis kimi 1C proqram məhsullarının tətbiqində iştirak;
  • Sistem inteqrasiyasının dəstəklənməsi və saxlanması;
  • 1C sisteminin yeni komponentlərinin hazırlanması və tətbiqi;
  • Tələb olunan hesabatların hazırlanması və ya cari hesabatlarda dəyişikliklərin edilməsi.

Namizədə olan tələblər: 

  • Müvafiq sahədə ən az 3 il iş təcrübəsi; 
  • Rus dili biliyi üstünlükdür;
  • 1C inkişaf standartlarını bilmək, məlumatların saxlanma strukturunu, mübadilə mexanizmlərini başa düşmək;   
  • MS SQL administrasiyasının əsasları haqqında biliklər (ehtiyat nüsxələrin necə çıxarılması, verilənlər bazasına müntəzəm texniki qulluq əməliyyatlarının qurulması və s); 
  • 1C: ERP və ya 1C:TMS proqramlarının tərtibatçı səviyyəsində funksionallığı haqqında biliklər;   
  • Qeyri-standart və ya əhəmiyyətli dəyişikliklər də daxil olmaqla konfiqurasiyalar arasında məlumatların ötürülməsi təcrübəsi;     
  • Müvafiq konfiqurasiyalardan istifadə edərək ixtiyari mübadilə qaydalarının işlənib hazırlanması təcrübəsi;      
  • 1C inteqrasiya mexanizmləri haqqında biliklər: məlumatların çevrilməsi (2.1 və 3.0), mübadilə planları, veb xidmətləri, http xidmətləri, OLE, xml, XDTO, OData və s.; 

İş şərtləri:

  • İş qrafiki: Bazar ertəsi - cümə, saat 09:00-18:00.
  • Əmək haqqı müsahibə qarşılıqlı razılaşma əsasında təyin olunur. 
  • Ünvan: Yeni Həyat Plaza Zərifə Əliyeva 55, Bakı, Azərbaycan.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “1C proqramçı” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi