Ofis meneceri

  • Ricon MMC
  • Elanın qoyulma tarixi: 19.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə funksiyaları üzrə gözləntilərimiz:

  • Şirkətə daxil olan məktubların qəbul edilməsi/göndərilməsi, jurnalda lazımi qaydada məktubların qeydiyyatının aparılması;
  • Daxil olan məktubların təyinatı üzrə şöbə əməkdaşlarına təqdim olunması;
  • Şirkət daxili və xarici məktubların yazılması;
  • Şirkətə daxil olan zənglərin cavablandırılması və yönləndirilməsi;
  • İclas və görüşlərin kiçirilməsi üçün otaqlarda şəraitin yaradılması;
  • Təchizatçılarla bağlanılmış müqavilələrin araşdırılması, vaxtı-vaxtında sifarişlərin müqavilə tələblərinə uyğun aparılması və daim sifariş proseslərinin nəzarətdə saxlanılması;
  • Tabeçiliyində olan əməkdaşların işlərinin reqlament və şirkət qaydalarına uyğun aparılmasına nəzarət, işçilərin fəaliyyətinin koordinasiyası;

Kvalifikasiyaya olan tələblər:

  • Ali təhsil;
  • Azərbaycan və rus dillərində əla səviyyədə yazışmaları və şifahi danışıqları apara bilməli;
  • Tikinti sahəsində ümumi olaraq 3 ildən yuxarı iş təcrübəsi;
  • İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
  • MS Office (Word, Excel)yüksək səviyyədə bilməli; 
  • Sənədləşdirmə və yazı qaydalarını yüksək səviyyədə bilməli;

 

İş şəraitimiz:

  • Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək (bilik, təcrübə və bacarıqlardan asılı olaraq müəyyən olunur, rəqabətli əmək haqqıdır);
  • İş qrafiki 8.00-17.00, beş günlük;
  • Mehriban komanda;
  • Perspektivli iş şəraiti;
  • Şirkətin digər benefitləri

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə email ünvanına Azərbaycan dilində göndərməkləri xahiş olunur.