İnsan resursları üzrə kiçik mütəxəssis

  • Libraff
  • Elanın qoyulma tarixi: 14.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Müddət: 6 ay (uzadılma ehtimalı ilə)

İş barədə məlumat:

  • İR üzrə sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək: 
  • Azərbaycan Respublikası Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə və əmək haqqı dəyişikliyi, əmək müqavilələrinin, bank üçün sənədlərin və s. hazırlanması;
  • EMAS, İSB.AZ və digər portallarda əməliyyatların aparılması;
  • Şirkətin ERP sistemində müvafiq əməliyyatların aparılması

Tələblər:

  • Ali təhsil (İnsan resurslarının idarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
  • İnsan resursları sahəsində azı 6 aylıq iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə baza biliklər;
  • Əmək Münasibətləri və Məşğulluq altsistemi ilə (emas) işləmə bacarığı;
  • MS Office proqramlarında işləmə bacarığı;

İş barədə:

  • 5 günlük iş qrafiki
  • Əmək haqqı: 500 AZN
  • Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır

İş yeri: Bakı şəhəri, Badamdar, Pullman Otel

Sınaq müddətindən sonra şirkətin məhsullarına endirim tətbiq olunur

Qeyd: müraciət zamanı mövzu başlığında vakansiyanın adını qeyd etmək tövsiyyə olunur.

İşəgötürənin reytinqi