İşin təsviri
Vəzifə öhdəlikləri:
- Şirkətinin satış etdiyi avadanlığın texniki imkanlarını və servis tələblərini ideal şəkildə öyrənmək.
- Yeni satılan avadanlığın müştərinin təyin etdiyi sahədə quraşdırıb təhvil vermək. İstifadə təlimini keçmək.
- Satılmış avadanlıqların yarana biləcək nazaslıqlarını aşkarlamaq, aradan qaldırmaq, təmir etmək (InHouse və Out ola bilər).
- Aylıq planlara müvafiq olaraq və həmçinin gündəlik planlama şəklində bank və digər müştərilərin avadanlıqlarıında profilaktik işlər aparmaq
- Anbara daxil olan yeni avadanlığın kondisiyaları yoxlayıb satışa ilkin olaraq hazırlamaq.
- Təmsilçisi olduğumuz markalarının avadanlığının texniki təlimatlarını tam olaraq oxumaq, mənimsəmək, texniki praktiki işə tam hazır olmaq.
- Rəhbərin təlimatlarına müvafiq olaraq xarici və yerli treyninq, texniki konfrans, sərgilərdə iştirak etmək.
- Elektronika sahəsində bilikləri genişlətmək və yeniliklər barədə daima məlumatlı olmaq.
- İnternet vasitəsilə məlumat araşdırmaq və rəhbərlik+satış əməkdaşları ilə paylaşmaq.
İş şərtləri:
- Əmək haqqı əməkdaşın bacarıqlarına uyğun razılaşma ilə + bonuslar.
- İş yeri: Bakı ş. mərkəzi.
- Biznes məhsuldarlığı baxımından əhəmiyyətli olan təlimlər təmin olunacaq (yerli və xarici, həmçinin online).
- İş/Fəaliyyət istiqaməti – Xəzinə avadanlığı, Self-Service avadanlığı – markalar Kisan, CMT.
Ofis ünvanı – Lermontov küçəsi 4, Nazirlər Kabinetinin qarşısı (Dağüstü Park girişi ilə Nazirlər Kabineti Parkı arasında yerləşən ərazi).