İşin təsviri
Vəzifənin məqsədi:
- Bütün mağaza və müəssisələrdə yüksək gərginlikli, yüksək cərəyanlı və zəif axın sistemləri, o cümlədən generatorlar və mühafizə sistemlərinin quraşdırılması, yoxlanılması, texniki xidməti və təmiri işlərini idarə etməklə elektrik sistemlərinin etibarlı və təhlükəsiz işləməsini təmin etmək. Bu vəzifənin məqsədi həmçinin əməliyyat səmərəliliyini optimallaşdırmaq, xərcləri azaltmaq, layihələrin planlaşdırılmasını və icrasını dəstəkləmək, həmçinin texniki personalın fəaliyyətinə nəzarət edərək davamlı, təhlükəsiz və enerji səmərəli elektrik əməliyyatlarını təmin etməkdir.
Öhdəliklər:
- Mağazalarda olan elektrik sistemlərinin texniki sazlığının təmin olunması, istismar dövründə elektrik sistemlərində yaranan problemlərin aradan qaldırılması.
- Mağazalarda olan yüksək gərginlik və yüksək cərəyan qurğularının və umumi elektrik sistemlərinin illik texniki istismara yararlılığının təmin olunması məqsədi ilə texniki müayinə, sınaq və təmir işlərinin düzgün və operativ həyata keçirilməsinin təşkili.
- Zəyif axın mühafizə sistemlərinin (yanğın xəbərverici və avtomatik yanğın söndürmə sistemləri, oğurluq əleyhinə mühafizə sistemləri) texniki sazlığının təmin edilməsi və istismar müddətlərində daimi yararlılığının təmin edilməsi üçün servis xidmətlərinin təmin olunması və işinə nəzarət.
- Generatorların istismar dövründə servis baxımlarının təşkili və nəzarəti.
- Quraşdırma, təftiş, təmir işlərinə, nasazlığın aradan qaldırılmasına və binaların, infrastrukturların və müəssisə avadanlıqlarının gündəlik texniki baxışına nəzarət etmək;
- Əməliyyat və istismar xərclərinin azaldılması, istismar müddəti və kapital dəyişdirilməsi xərcləri və enerji istehlakının məhdudlaşdırılması üçün layihənin təhlili proseslərində iştirak etmək;
- Texniki baxış üzrə məsul əməkdaşların işini planlaşdırmaq, prioritetləşdirmək, təyin etmək, onlara nəzarət etmək və yoxlamaq, eləcə də bu əməliyyatlarda iştirak etmək;
- Layihələrin ilkin-əməliyyatlar və əməliyyatlar mərhələlərində, o cümlədən elektrik sisteminin seçilməsində fəal iştirak etmək;
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə sənədlərə rəy vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
Tələblər:
- Təhsil: Ali texniki təhsil (elektrik mühəndisliyi, elektroenergetika və ya əlaqədar sahə üzrə).
- İş təcrübəsi: Elektrik mühəndisi vəzifəsində minimum 3–5 il iş təcrübəsi.
- Elektrik sistemlərinin quruluşu, texniki istismarı və təmiri sahəsində dərin biliklər;
- Yüksək gərginlik və yüksək cərəyan qurğularının istismarı üzrə praktiki bacarıqlar;
- Zəif axın sistemləri (yanğın siqnalizasiya, avtomatik yanğınsöndürmə, oğurluq əleyhinə mühafizə və s.) üzrə bilik və təcrübə;
- Generatorların istismar və servis xidmətlərinin təşkili;
- Elektrik layihələndirmə, təhlil və texniki sənədlərin oxunması və ekspertizası bacarığı.
Bacarıqlar:
- Texniki problemlərin operativ həlli, nasazlıqların diaqnostikası və aradan qaldırılması;
- Texniki baxış və profilaktik işlərin planlaşdırılması və təşkili;
- Layihələrin elektrik hissəsinin seçimi və təhlilində iştirak etmək, optimallaşdırma təklifləri vermək;
- Komandada işləmə, işçilərin fəaliyyətinə nəzarət və işin prioritetləşdirilməsi bacarığı.
- Kompyuter bacarıqları: MS Office proqramları, AutoCAD və elektrik sahəsi üzrə müvafiq proqram təminatlarından istifadə bacarığı.
- Dil bilikləri: Azərbaycan dili səlis, rus və/və ya ingilis dili biliyi üstünlükdür.
- Məsuliyyətli, dəqiq və intizamlı;
- Analitik düşünmə və qərarvermə qabiliyyəti;
- Təzyiq altında işləmə və operativ qərar vermə bacarığı.
Qeyd: Maraqlanan namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərərək, e-mail mövzusunda " Elektrik mühəndisi" qeyd etməlidirlər. Qeyd edək ki, yalnız seçilmiş namizədlərlə növbəti işə qəbul mərhələsi üçün əlaqə saxlanılacaq.
Job Purpose:
to ensure the reliable and safe operation of all electrical systems within stores and facilities by managing installation, inspection, maintenance, and repair of high-voltage, high-current, and low-current systems, including generators and protection systems. The role also aims to optimize operational efficiency, reduce costs, support project planning and implementation, and supervise technical staff to maintain continuous, safe, and energy-efficient electrical operations.
Duties:
- Ensuring the technical reliability of electrical systems in stores and eliminating problems that arise in these systems during operation.
- Organizing the proper and timely implementation of technical inspections, testing, and repair works to ensure the annual operational suitability of high-voltage and high-current equipment and general electrical systems in stores.
- Ensuring the technical functionality of low-current protection systems (fire alarm and automatic fire extinguishing systems, anti-theft security systems), providing service support for their continuous operation, and supervising their performance.
- Organizing and supervising the maintenance services of generators during operation.
- Supervising installation, inspection, repair works, troubleshooting, and the daily technical maintenance of buildings, infrastructures, and enterprise equipment.
- Participating in project analysis processes aimed at reducing operational and maintenance costs, prolonging service life, optimizing capital replacement expenses, and limiting energy consumption.
- Planning, prioritizing, assigning, supervising, and inspecting the work of staff responsible for technical maintenance, as well as taking part in these operations when necessary.
- Actively participating in the pre-operational and operational phases of projects, including the selection of the electrical system.
- Providing opinions on electrical system documents at all stages of a project when required, conducting analyses, and offering proposals to optimize budgets and expenses.
Requirements:
- Education: Higher technical education (in electrical engineering, power engineering, or a related field).
- Work Experience: Minimum 3–5 years of experience as an Electrical Engineer.
- In-depth knowledge of the design, operation, and maintenance of electrical systems.
- Practical skills in the operation of high-voltage and high-current equipment.
- Knowledge and experience in low-current systems (fire alarm, automatic fire extinguishing, anti-theft security, etc.).
- Experience in organizing generator operation and maintenance services.
- Ability to design, analyze, read, and review technical electrical documentation.
Skills:
- Rapid problem-solving, diagnostics, and troubleshooting of technical issues.
- Planning and organizing technical inspections and preventive maintenance.
- Participation in the selection and analysis of the electrical part of projects, providing optimization proposals.
- Teamwork, supervision of staff activities, and prioritization of tasks.
- Computer skills: proficiency in MS Office, AutoCAD, and relevant electrical engineering software.
- Language skills: fluent in Azerbaijani; knowledge of Russian and/or English is an advantage.
- Responsible, accurate, and disciplined.
- Strong analytical thinking and decision-making abilities.
- Ability to work under pressure and make quick decisions.
Note: Interested candidates may apply for the role by sending resume to the email address in the Apply for job button, mentioning "Electrical Engineer" in theme tab. Pease note that only selected candidates will be contacted regarding next steps of recruitment process.