İşin təsviri
Öhdəliklər:
- Şirkətin çeşidinə uyğun olaraq Avropa, Çin, Türkiyə və digər ölkələrdən uyğun hazır mövcud təchizatçılarla iş,
- Yeni məhsul axtarışı il ərzində 2-3 dəfə tələb oluna bilər,
- Ay ərzində 5-6 xarici sifarişin yerləşdirilməsi,
- Xarici ödənişlər üçün müvafiq sənədlərin, PO-ların hazırlanması, ödəniş üçün müvafiq sistemə yerləşdirilməsi,
- İdxal olunacaq məhsulların hazırlıq prossesini email və telefon üzərindən kontrol etmək,
- Hazır məhsulların logistika işinin təşkili,
- Sifarişlərin sərhəddə olduğu halda gömrük sənədlərinin hazırlanması və gömrük proseduru üçün broker şirkətə göndərilməsi,
- İdxalı bitmiş malların ERP sistemə mədaxili və sənəd paketinin yoxlanılıb mühasibatlığın arxivinə təhvili,
- Tələb olunan zaman fərqli malların sifariş öncəsi maya dəyərinin hesablanması,
- Təchizatçılardan qiymətlərin alınması, müzakirə olunması və şirkətin maraqlarına uyğun endirimlərin alınması,
- Bəzi stok məhsullarının (çeşidinin) zamanında stok (istehsal və daşınma müddətlərini nəzərə almaqla) planlanmasının aparılması,
Tələblər:
- Xarici satınalmada iş təcrübəsi (ən azı 1 il),
- İngilis dilini ən azı intermediate səviyyədə bilməsi,
- Rus dili biliyi əlavə üstünlükdür lakin tələb deyil,
- Yüksək səviyyədə punktuallıq,
- Yazılı komunikasiya imkanları.
İş şərtləri:
- Əmək haqqı başlanğıc (Net alacaq rəsmi maaş 600 AZN)
- Nahar şirkət tərəfindən qaşrılanmır
- Adaptasiya müddəti ödənişlidir (2 ay) və maaşı tam ödənilir
- Uyğun olduğu halda 2 ay sonra net 650 AZN
- Daha 4 ay sonra net 700 AZN
- Digər vəzifə perspektivləri də var
- İş yeri: Bakı ş. Ofis daxili iş
- İş vaxtı 9.00 – 18.00
- İlkin məlumatlandırma tam olaraq həyata keçiriləcək
Ofis ünvanı – Lermontov küçəsi 3, Nazirlər Kabinetinin qarşısı (Dağüstü Park girişi ilə Nazirlər Kabineti Parkı arasında yerləşən ərazi).