İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
Ümumi biliklər 
	- Price-list-ə daxil çeşidin tam öyrənilməsi, 
- İş alətlərinin tam öyrənilməsi – satış proqramı, outlook, excel,  
- İstehsal prossesi ilə ilkin tanışlıq, 
Satışın həyata keçirilməsi
	- Sifarişlərin mail ilə və ya şifahi qəbulu,
- Sifarişin müştəri ilə dəqiqləşdirilməsi, 
- Sifarişin qaimələşməsi və ya təklifin hazırlanması,
- Təklifin izlənilməsi və sifarişə çevrilməsinin təmin olunması, 
- Sifarişin anbarda toplanıb müştəriyə tam təhvilinin icrasına vaxtaşırı nəzarət, 
- Geri qaytarılmış məhsulların Anbar Qaytarma blankının yazılması və yeni məhsul ilə əvəzlməsinin tənzimlənməsi, 
- Satılmış məhsullara aid sənədlərin skan olunması, sistemə yerləşdirilməsi, 
- Müştəri istəkləri ilə bağlı digər işlər,  
- Müştərilərlə il ərzində 2 dəfə görüş keçirilməsi,  
Namizədə dair tələblər:
Təcrübə və Texniki bacarıqlar: 
	- Ali təhsil (Rusiya, Ukrayna kimi ölkələrdə qiyabi təhsil qəbul edilmir), 
- Azərbaycan dili əsas tələbdir, Rus dili üstünlükdür, 
- Ofis proqramlarında iş bacarığı (Excel, PP əsasən), 
- Satış təcrübəsi üstünlükdür, 
- İnternetdə axtarış qabiliyyəti, 
Emosional bacarıqlar və vərdişlər: 
	- Kitab oxuma hobbisi olsa – üstünlükdür,  
- Telefonla kommunikasiyanı yaratmaq qabiliyyəti, 
- Detallara diqqətçil olması önəmli tələblərdəndir – mikro-menecment səviyyəsində, 
- Münaqişələrin həllində effektiv olsun, səbrli olsun,  
İş şərtləri və imkanları barəsində: 
	- Əmək haqqı 500 - 800 AZN (Net) + bonus (Maaş namizədin təcrübəsi və texniki imkanlarına uyğun təyin olunur). Tam rəsmidir,  
- Növbəti aylarda bonus sisteminə keçid performansa uyğun dəyərləndiriləcək,
- İş/Fəaliyyət istiqaməti – Reklam və Poliqrafiya məhsulları/həlləri,  
- İş vaxtı 9.00 – 18.00.
Ofis ünvanı: Lermontov küçəsi 3, Nazirlər Kabinetinin qarşısı (Dağüstü Park girişi ilə Nazirlər Kabineti Parkı arasında yerləşən ərazi).