İşin təsviri
BİZ KİMİK:
2016-cı ildən etibarən Azərbaycan bazarında fəaliyyət göstərən təşkilatımız bank üçün xəzinə avadanlığı, non-attended self-service avadanlığı, proqram təminatı, B2B təchizat, Promo və Reklam məhsulları, Reklam istehsalçı üçün avadanlıq, İT avadanlığı təchizatı, o cümlədən PC, notebook, MFU/Printer, signage displays, əl mobil kompyüterləri, biznes və avtomatlaşdırma həlləri sahələrində aktiv fəaliyyət göstərməkdədir.
Vəzifə öhdəlikləri:
- Premium promo, Mətbəə, Reklam məhsulları/həlləri bazar tələbatının öyrənilməsi və müştərilərin aşkarlanması,
- Rəqiblərin analizi və portfellərində olan müştərilərinin araşdırılması,
- Target list (Hədəf siyahısının) hazırlanması,
- Potensial müştərilərlə gündəlik görüşlər, ziyarətlər,
- Potensial müştərilərə təkliflərin göndərilməsi,
- Müvafiq həftəlik, aylıq, rüblük hesabatların təhvil verilməsi,
- Müştərilərin ödəniş prossesinə nəzarət və debitor borcların idarə olunması.
Vəzifə tələbləri:
- Ofis proqramlarında iş qabiliyyəti,
- İnternet üzərindən axtarış və analiz bacarığı,
- Fərdi görüşlər və təqdimat təcrübəsi,
- Azərbaycan dilindən başqa hər hansı dil üzrə orta bilik səviyyəsi,
- Rəqəmlərlə işləmək bacarığı – ödənişlərin vaxtında toplanması,
İş şərtləri
- Əmək haqqı 500 – 1000 AZN + Rüblük bonuslar (Maaş namizədin təcrübəsi və texniki imkanlarına uyğun təyin olunur)
- İş vaxtı 5 gün, 09.00 – 18.00, bütün şərtlər tam olaraq rəsmi
- Yeni əməkdaş 3 ay təcrübəli əməkdaşın dəstəyi ilə işləyəcək
- Məhsullar barədə təlimlər təmin olunacaq
- İş yeri: Lermontov 3, Nazirlər kabinetinin yaxınlığında
- Müraciətinizi e-mail ünvanına göndərin: [email protected]