İxracat mütəxəssisi

  • Veysəloğlu MMC
  • Elanın qoyulma tarixi: 07.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə funksiyaları:

  • Yeni müştəriləri cəlb etmək, danışıqlar aparmaq, onların şirkətin məhsulları ilə tanış olmasına şərait yaratmaq;
  • Qida sərgilərində iştirak etmək;
  • Müştərilərdən sifarişləri almaq və müvafiq hesab-fakturaları hazırlamaq;
  • İxrac olunması nəzərdə tutulan məhsulların texniki və logistik məlumatlarını detallı şəkildə müştərilərə təqdim etmək;
  • Sifarişlə bağlı bütün məlumatları detallı şəkildə Logistika, Mühasibatlıq, Planlama və digər əlaqədar strukturlara ötürmək;
  • Vəzifə fəaliyyətindən irəli gələn məsələlər barədə hesabat verdiyi instansiyaya baxılması üçün təkliflər vermək.

Vəzifə tələbləri:

  • Yüksək ünsiyyət qabiliyyətinin, qərar vermə bacarığının, analitik düşüncə  və layihə idarəetmə qabiliyyətinin olması;
  • Biznes danışıqlarının aparılması;
  • Rus və ingilis dili biliyi;
  • Ölkədaxili və ölkəxarici ezamiyyə imkanlarının olması;
  • MS Office proqramları.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

Bu vakansiyaya müraciət etmək istəyən namizədlər CV-ni mövzu bölməsində İxracat mütəxəssisi qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi