Marketinq müdiri

  • Company
  • Elanın qoyulma tarixi: 06.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Təşkilatın illik marketinq planının icrasının təşkili
  • Bazarın araşdırılması, müqayisəli təhlillərin aparılması, şirkətin məhsullarının bazarda mövqeyi haqqında düzgün nəticələr təqdim olunması
  • Bazar araşdırmasına və tələblərə əsasən mövcud məhsulların inkişaf etdirilməsi üçün təkliflərin verilməsi
  • Fərqli məhsullar  üzrə ayrı-ayrı marketinq planlarının hazırlanması 
  • Rəqəmsal marketinq fəaliyyətinə dəstək verilməsi (Veb-səhifə və sosial şəbəkələrdə reklam və digər kampaniyaların yaradılmasının təşkili və s.)
  • “Google SEO” və “Mass Mail” işinin təşkili
  • Şirkətin brendbukuna uyğun brendinq işlərinin aparılmasının təşkili 
  • Filiallar, şöbələr və digər təmas nöqtələri üçün materialların hazırlanması;
  • Dövrü hesabatların hazırlanması və təhlili.

Namizədə dair tələblər:

  • İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
  • Marketinq sahəsi üzrə rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi (Maliyyə, xidmət sektorunda olanlara üstünlük veriləcək)
  • Rus və ingilis dili biliyi 
  • MS ofis proqramlarından istifadə bacarığı
  • Təqdimat və ünsiyyət bacarığı
  • Analitik və tənqidi düşünmə bacarığı
  • Məsuliyyətlilik, çeviklik, dürüstlük
  • Komanda ilə işləmə bacarığı

İş vaxtı: Həftə içi 5 gün, saat 9:00 – 18:00

Əmək haqqı: 4000+AZN

Maraqlananlar, öz CV-lərini “Marketinq departamentinin direktoru” başlığı ilə göndərə bilərlər.