Sahə rəisi

İşin təsviri

İş barədə məlumat:

  • Məsul olduğu sahə üzrə tikinti, quraşdırma işlərini işçi layihəyə uyğun, inşaat norma və qadağalarına riayət etmək şərti ilə vaxtında və keyfiyyətlə bitirmək;
  • Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edir;
  • Tikinti sahəsində ardıcıllığı qorumaqla işlərin təşkili, artıq məsrəfə yol verməmək;
  • Layihələrin eskiz və konstruktiv hissəsi ilə ətraflı tanış olub, işi keyfiyyətli və maliyəcəsinə müsbət təsir olan təkliflər verməli.

Namizəd üçün tələblər:

  • Yaş həddi: 30-45 yaş;
  • Ali təhsil; (Azərbaycan Memarlıq və İnşaat Universitet)
  • Qeyd olunan sahədə ən azı 5 il iş təcrübəsi;
  • Tikinti sahəsində qabaqcıl təcrübə və müasir metodlardan istifadə etmək bacarığı;
  • Yenilikçi, qabaqcıl, iş üsullarından istifadə etmək bacarığı;
  • Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri, həmçinin tikinti istehsalının texnologiya və təşkilini, sahədə işin aparılması prisniplərini bilmək;
  • Təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.

Vakansiyaya müraciət üçün CV-ləri “Sahə rəisi” başlığı ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.