İnsan Resursları üzrə Köməkçi

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Yeni işə qəbul olunan işçilərdən lazım olan sənədləri və məlumatları toplamaq
  • Yeni işçilərin əmək müqavilələrini tərtib etmək və əmək müqaviləsinə dəyişiklikləri əlavə etmək
  • Əmək müqaviləsinə xitam verilməsi üçün qalıq məzuniyyəti hesablamaq
  • Əmək müqaviləsi üzrə əməliyyatları emas.sosial.gov.az portalında icra etmək
  • İşçilərin təqdim etdiyi ərizələri toplamaq, xəstəlik vərəqələrində qeydlər aparmaq
  • Əmək kitabçasında qeydlər aparmaq
  • İşçilərin şəxsi qovluqlarını hazırlamaq
  • İşə qəbul, xitam və məzuniyyət əmrlərini tərtib etmək və təsdiq edilmiş sənədləri qovluqlara yerləşdirmək
  • Məzuniyyət cədvəlini tərtib etmək və məzuniyyət istifadəsinə nəzarət etmək
  • İşçilərin vəzifə təlimatlarını hazırlamaq
  • Boş vakansiyalar üzrə elanlar hazırlamaq və iş axtarışı saytlarında yerləşdirmək
  • İlkin müsahibələri təşkil etmək və müsahibədə iştirak etmək
  • Tender üçün işçilərin əmək müqaviləsi bildirişlərini toplamaq

Lazım olan təhsil, bilik və təcrübə:

  • Ali təhsil
  • İnsan Resursları inzibatçılığı üzrə minimum 1 il ardıcıl iş təcrübəsi
  • Əmək Məcəlləsi haqqında biliklər
  • MS Word və MS Excel-dən yaxşı səviyyədə istifadə etmək bacarıqları
  • İşgüzar yazışma və ünsiyyət bacarıqları

Bizim təkliflərimiz:

  • İş qrafiki 9:00-18:00
  • Peşəkar və dəstəkcil komanda

Tələblərə uyğun gəlirsinizsə, Sizdən email ünvanına cv göndərərək və verilən vəzifənin adını qeyd edərək müraciət etməyə çağırırıq.