İşin təsviri
Vəzifə və Öhdəlikləri:
- Layihələrin mühəndis-axtarış, quraşdırılma və implementasiyası proseslərini planlaşdırmaq və metodologiya, icra üsullarının hazırlanmasında iştirak etmək, tələb olunan sənədləri tərtib etmək və müvafiq hesabatlılığı təmin etmək üçün formaları hazırlamaq;
- Tikintinin başlanması üçün tələb olunan sənədlərin tamlığını və düzgünlüyünü yoxlamaq, müvafiq düzəlişlər tələb olunduqda zəruri tədbirlərin görülməsi üçün müraciət etmək və nəzarət altında saxlamaq;
- Tikinti sahələrində yerinə yetiriləcək işlər üçün hazırlıqların təşkilinə, hazırlıq işlərinin yerinə yetirilməsinə və qrafiklərinə nəzarət etmək;
- Mühəndislik işlərinə və materialların, texnika və avadanlıqların yerləşdirilməsinə, montaj işlərinin icrasına və layihənin bütün tələblərinə uyğun iş qrafiklərinə riayət edilməsinə, tikinti-quraşdırma işlərinin həcm, müddət və keyfiyyət baxımından qoyulan tələblərə uyğunluğuna nəzarət etmək;
- İstifadə olunan və quraşdırılan material, avadanlıq və konstruksiyaların təsdiqlənmiş layihə-smeta sənədlərinə, işçi cizgilərinə, standart və normalara uyğunluğuna nəzarət etmək;
- Yerinə yetirilən işlərin texnoloji ardıcıllığına, icra üsullarına, layihə və normativ sənədlərin tələblərinə uyğun aparılmasına nəzarət edərək təmin etmək;
- Aşkarlanan qüsurların aradan qaldırılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək;
- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ – hüquqi aktların tələblərinə ciddi riayət etmək.
Tələb olunan biliklər:
- İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - səlis.
- MS Office, Autocad;
- Tikinti normalarına dair biliklər.
Tələb olunan bacarıqlar:
- Yüksək ünsiyyət və davranış keyfiyyətinə malik olması;
- Problem həlletmə bacarığı;
- Zamanın düzgün idarə olunması bacarığı;
- Təşkilatçılıq bacarığı;
- Araşdırma bacarığı;
- Məsələləri prioritetləşdirmək bacarığı.
İş şəraiti:
- Şuşa şəhəri;
- İş qrafiki: 6 günlük;
- Qidalanma, yaşayış, yol xərcləri şirkət tərəfindən qarşılanır.
- İş saatı: 08:00 – 18:00;
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Mövzu yerinə “İnşaat Mühəndisi” qeyd edərək e-mail ünvanına göndərməyiniz xahiş olunur.